Gundemxeber.az » Maqazin » "Onların yerinə utanıram" - Rəqqasə Fatimə
Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Gundemxeber.org xəbər verir ki, o, ad çəkmədən haqqında danışan bəzi şəxslərə irad bildirib:
“Neçə müddətdir ki, bir məsələ ilə bağlı özümə söz vermişdim ki, mən buna heç toxunmayacağam, sadəcə Allaha həvalə edəcəyəm. Belə dedikcə görürsən ki, ay bədbəxt insanlar, belə xasiyyətinizlə nə ətrafınızda dost qalıb, nə də sizi sevən insanlar.
Bir ayılın, həyatınıza baxın, bir düşünün. Sərxoş olduğunuz bu həyatdan artıq gözünüz heç nə görmür. Ayıq gözlə, ayıq beyinlə bu həyatı yaşamağa davam edin.
Onun-bunun dalınca olmayan şeyləri danışmaq, belə ürəkbulandırıcı sözlər demək... Deyiləsi bir şey deyil. Mən həmin insanların yerinə utanıram. “Canım”, “bacım” deyib ətrafımızda olan belə insanlardan Allah bizi qorusun. Mən artıq özümü qoruyuram.
Sözümü deyirəm və görürəm ki, qarşı tərəf mənə “balamın canı” deyir. Balanı haradan tapmısınız, küçədən? “Balamın canı”, “Allah bəlasını versin” deyirsiniz. Allah bilirsiniz, necə bəla verir? Elə verir ki... Deyirdilər ki, gec-tez cavabı olacaq. Vallah, gec-tez yoxdur. Allah artıq tez cavabı verir.
Ona görə də Allaha yaxın, məndən uzaq olun. Mənim bir də adımı çəkməyin. Ağıllı olun. Məni görəndə də yüz metr kənara çəkilin. Mənim sizin yanınızda başıaşağı işim yoxdur. Amma siz artıq hamının yanında başıaşağı hərəkətlər edirsiniz. Hamı sizdən danışır, yazıqlar”.
Gundemxeber.org
17-01-2018, 14:11
17-09-2014, 16:12
23-08-2019, 15:45
20-07-2018, 21:23
20-04-2020, 10:30
Sorğu
Yeni dizaynımız necədir?