Azərbaycanda bu il keçiriləcək prezident seçkilərinin vaxtı dəqiqləşib. Gunxeber.com-un bu barədə hakimiyyət dairələrindən aldığı məlumata görə, prezident seçkiləri oktyabrın 11-də, həftənin beşinci günü keçiriləcək.
Prezident seçkilərinin rəsmi təbliğat-təşviqat kampaniyası isə sentyabrın 18-də başlayıb, oktyabrın 9-da başa çatacaq.
Bu il prezident seçkilərinin oktyabrın 16-da keçirilməsi nəzərdə tutulurdu, amma oktyabrın 16-sı Qurban bayramına düşdüyündən seçkinin vaxtını dəyişdirmək zərurəti yarandı. Qanuna əsasən seçki günü bayrama düşərsə, seçkinin vaxtı dəyişdirilməlidi. Seçki günü kimi oktyabrın 11-nin seçilməsi isə heç də təsadüfi deyil. 1998-ci ilin prezident seçkiləri də məhz oktyabrın 11-də keçirilib. Bu il isə oktaybarın 11-i həftənin beşinci gününə təsadüf edir. Oktyabrın 12-13-ü isə bəzi müsəlman ölkələrini çıxmaq şərrtilə demək olar ki, bütün dünyada istirahət günləri olacaq. Bu isə o deməkdir ki, Azərbaycandakı seçkilərə bir qədər emosiyalar soyumuş vəziyyətdə münasibət bildiriləcək. Həm də hakimiyyətin ən azından iki gün beynəlxalq aləmlə müəyyən təmaslar qurmaq üçün vaxtı olacaq.
Sorğu
Yeni dizaynımız necədir?