Bu gün prezident İlham Əliyev növbəti sərəncamı təyinatlarla bağlı olub.
gundemxeber.com xəbər verir ki, prezidentin sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. O, başqa bir sərəncamla Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin digər sərəncamı ilə Tahir Tağızadənin Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və başqa sərəncamla Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?