Gundemxeber.az » Manşet » Gəncədə Ekoloji Özbaşınalıq: Fikrət Əmirov Parkında İri Gövdəli Ağaclar Məhv Edilir - FOTOFAKTLAR
Gəncə şəhərinin ən böyük istirahət guşələrindən biri olan Fikrət Əmirov parkında kütləvi ağacqırğını ilə bağlı həyəcan təbili çalınır. Gundemxeber.org-un edaksiyasına daxil olan məlumatlar və fotofaktlara əsasən, parkın ərazisində 12 iri gövdəli ağacın kəsilməsi qeydə alınıb.
Daxil olan iddialara görə, ağaclar parkın müxtəlif hissələrində, xüsusilə əsas girişdə və hər iki cinahda məhv edilib. Təqdim olunan görüntü və fotolardan aydın görünür ki, parkın daxili ərazisində yerləşən iri ağaclar mişarla doğranaraq sıradan çıxarılır.
Sağlam Ağaclar Niyə Kəsilir?
Hadisədə ən diqqətçəkən və narahatlıq doğuran məqam kəsilən ağacların əsasən yaşıl və tamamilə sağlam olmasıdır. Ekologiyanın və ətraf mühitin qorunmasının dövlət səviyyəsində prioritet elan olunduğu bir dövrdə, şəhərin ana yaşıl zonalarından birində bu cür mənzərənin yaşanması ictimaiyyətdə haqlı narazılıq və ciddi suallar yaradır.
Hadisənin hansı hüquqi əsasla həyata keçirildiyi və ağacların kəsilməsi üçün müvafiq icazə sənədinin olub-olmaması hələlik məlum deyil.
Yerli sakinlərin sözlərinə görə, Gəncə Regional Ekologiya İdarəsi baş verənlərə bilərəkdən və ya bilməyərəkdən göz yumur.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşıl kütlənin və ağacların qanunsuz kəsilməsi inzibati və bəzi ağır hallarda cinayət məsuliyyəti yaradır. Bütün bu faktlar fonunda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hadisəyə dərhal müdaxilə etməsi, rəsmi mövqeyini bildirməsi və araşdırma aparması vacibdir.
Faktla bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Gundemxeber.org
13-08-2013, 01:00
30-06-2020, 15:46
25-01-2018, 23:58
5-05-2026, 11:08
10-04-2013, 10:16
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?