Gundemxeber.az » İqtisadiyyat » Dünya bazarında şəkərin qiyməti rekord həddə yüksəldi
Dünya bazarlarında şəkərin qiyməti təxminən 2% bahalaşaraq 2025-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb.
Gundemxeber.org xəbər verir ki, bu göstəricilər "ICE Futures" birjasının hərrac məlumatlarında öz əksini tapıb.
Bakı vaxtı ilə saat 11:49-a olan məlumata əsasən, şəkər üzrə ən yaxın - oktyabr füçersinin dəyəri əvvəlki müqavilələrlə müqayisədə 1.76% artım nümayiş etdirib. Beləliklə, qiymət bir funt (təxminən 4.54 kq) üçün 18.54 sentə qədər yüksəlib.
Şəkər sonuncu dəfə bu səviyyədə 8 aprel 2025-ci il tarixində kotirovka olunmuşdu. Bununla yanaşı, nəzərəçarpacaq bahalaşma trendi bütün avqust ayı ərzində davam etməkdədir.
Ayın əvvəlindən etibarən şəkərin birja dəyəri artıq 26.5% artıb. Nəticə etibarilə, cəmi bir neçə həftə ərzində kotirovkalar əvvəlki qiymətin dörddə birindən çox artıb.
Gundemxeber.org
8-08-2026, 08:55
12-08-2026, 10:16
21-11-2020, 12:22
30-04-2026, 22:50
4-10-2018, 00:42
Sorğu
Yeni dizaynımız necədir?