Gundemxeber.az » İqtisadiyyat » Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Gundemxeber.org xəbər verir ki, 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan 22 avqust tarixində "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Gundemxeber.org
15-08-2026, 11:11
Bu gün, 10:53
9-01-2026, 10:53
13-08-2026, 15:42
15-04-2020, 10:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?