Gundemxeber.az » GündəmXəbər » “Uca İnşaat” şirkətinin rəhbəri saxlanıldı – vətəndaşlardan külli miqdarda pul aldığı iddia olunur

“Uca İnşaat” şirkətinin rəhbəri İsmayılov Fəzail Əkbər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Gundemxeber.org xəbər verir ki, F. İsmayılov vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur. İddiaya görə, şirkət rəhbəri müxtəlif vətəndaşlardan evlərinin təmiri ilə bağlı külli miqdarda pul alıb, lakin sonradan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
Məlumata əsasən, bir neçə vətəndaş evlərinin təmiri üçün şirkətə müraciət edib və əvvəlcədən müəyyən məbləğdə vəsait ödəyib. Lakin pul ödənildikdən sonra təmir işlərinin ya ümumiyyətlə həyata keçirilmədiyi, ya da razılaşdırılmış şəkildə tamamlanmadığı bildirilir.
Hadisə ilə bağlı 6-7 nəfərin hüquq-mühafizə orqanlarına müraciət edərək F. İsmayılovdan şikayət etdiyi qeyd olunur.
Hazırda faktla bağlı araşdırma aparılır. Şikayətlərin sayı, vətəndaşlardan alınan ümumi vəsaitin məbləği və hadisənin digər detalları araşdırma zamanı müəyyənləşdiriləcək.
Qeyd edək ki, şəxsin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənənədək o, təqsirsiz hesab olunur.
23-09-2016, 01:20
6-11-2018, 15:38
23-07-2015, 08:07
26-10-2015, 12:59
2-05-2018, 11:56
Sorğu
Yeni dizaynımız necədir?