GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər

Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər

Tarix: Bu gün, 15:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1


Rəqabət Məcəlləsi Haqqında Qanuna görə belə halllar tək mənbə üsulu ilə işləmək hesab edilir və qəti qadağandır…

Gundemxeber.org: Keçən yazımızda deputat Məşhur Məmmədovun Bank sektorundakı iri həcmli korrupsiya faktlarından bəhs etmişdik. Bu yazımızda isə deputatın mebel sektorunda necə tenderlər favoriti olmasından, Azad Sənaye Parkı statusundan necə qanunsuz bəhrələnməsindən, ailə üzvləri vasitəsilə bu sektorda da böyük şəbəkəni öz nəzarətində saxlamasından, neçə-neçə vəzifəli şəxsə bu biznesdən dolayısı “aylıq haqq” ödəməklə özünə siyasi müdafiə qalxanı yaratmasından və digər “özfəaliyyətindən” bəhs edəcəyik.

EPIZOD 1: Mebel İstehsalçısına Təmir-Tikinti Sifarişi –“ASAN Xidmət”də İxtisas Uyğunsuzluğu… 2024-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Xidmət”tərəfindən keçirilmiş açıq tenderdə bina və obyektlərin cari təmir işləri (dam örtüklərinin vurulması, divarların suvanması və rənglənməsi) üzrə qalib deputat Məşhur Məmmədova məxsus “Embawood”MMC (VÖEN: 6400009481) elan edilib (Qeydiyyat ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., 15A. Nizamnamə kapitalı: 3,750 AZN). Müqavilənin maliyyə dəyəri 1 184 586,45 AZN təşkil edir.

Qanunsuzluğun mahiyyəti: “ Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə görə, satınalan təşkilat iddiaçının müvafiq sahədə peşəkarlığını, texniki və kadr imkanlarını yoxlamağa borcludur. Əsas fəaliyyət profili yalnız mebel istehsalı olan və nizamnamə kapitalı cəmi 3 750 AZN təşkil edən bir subyektin böyük miqyaslı tikinti-bərpa işlərinə cəlb edilməsi qiymətləndirmə komissiyasının qərəzsizliyini şübhə altına alır.

İxtisaslaşmış tikinti lisenziyası və xüsusi texnikası araşdırılmadan müqavilənin mebel şirkətinə tapşırılması satınalma qanunvericiliyinin ziddinədir. Şirkətin rəsmi rəhbəri Elşad Abbasov olsa da, 23%-lik pay sahibi və faktiki idarəçi deputat Məşhur Məmmədovdur.

 

EPIZOD 2: Ədliyyə və Səhiyyə Qurumlarında Mebel Təchizatı – Maliyyə Dəqiqliyi “Embawood” MMC 2024 və 2025-ci illərdə müxtəlif dövlət orqanlarının mebel və bərk inventar təchizatı üzrə keçirdiyi satınalma prosedurlarının davamlı qalibi olub. Şirkət 2024-cü il dekabrın 29-da Ədliyyə Nazirliyindən (məhkəmələr üçün) 88 914,18 AZN, 2025-ci il aprelin 9-da Bakı Hərbi Məhkəməsindən 87 799,08 AZN, fevralın 14-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasından 119 240,18 AZN, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən 148 749,62 AZN və İqtisadiyyat Nazirliyinin ETİ-dən 29 972,00 AZN dəyərində müqavilələr əldə edib.

Maliyyə auditinin dəqiqləşdirilməsi: “Embawood” MMC-nin 2024-cü ildə dövlət qurumları ilə bağladığı satınalma müqavilələrinin ümumi həcmi 1 934 205 AZN təşkil etmişdir. Yuxarıda qeyd olunan 1,18 milyonluq “ASAN Xidmət” təmir müqaviləsi də məhz bu 1,93 milyonluq ümumi illik göstəricinin tərkib hissəsidir. Buradakı əsas analitik məqam ondan ibarətdir ki, bu tender şərtlərində hər şey birbaşa “Embawood” məhsullarının spesifik gabarit və material parametrinə uyğun tərtib edilib ki, digər mebel istehsalçıları bu şərtlərə cavab verə bilməsin.

EPIZOD 3: Dövlət Sərhəd Xidmətində İnhisarlaşma – 10,4 Milyonluq “Foriella” seriyası… Məşhur Məmmədov deputat olandan sonra “Embawood” rəhbərliyindən kağız üzərində uzaqlaşması fonunda onun nəzarətində olan ikinci şirkət – “Foriella” MMC (VÖEN: 2903400661. Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4) dövlət satınalmalarında dominant rola keçmişdir. Şirkətin nizamnamə kapitalı əvvəlcə 80 010 AZN olduğu halda, sonradan kəskin şəkildə artırılaraq 5 000 000 AZN-ə çatdırılmışdır. Dövlət Sərhəd Xidmətinin (DSX) mebel inventarları və təmiri üzrə keçirdiyi tenderlərdə "Foriella" MMC təkcə 2024–2025-ci illər ərzində 10,4 milyon manatdan çox vəsait almışdır:

2024-cü il: 4 tender üzrə 5 345 110,22 AZN.

2025-ci il: 2 tender üzrə 5 070 170,90 AZN (4 573 980,90 AZN mebel alışı, 496190,00 AZN isə dəmir karkaslı kətillərin təmiri).

Əlavə alım: “Azərpoçt” MMC tərəfindən 2025-ci ildə 400 000,00 AZN daxil olmuşdur. Xatırladaq ki, təkcə bir dövlət orqanının mebel təchizatının 80%-dən çoxunun tək bir subyektə verilməsi bazarda süni inhisarlaşmanın əyani sübutudur, halbuki Rəqabət Məcəlləsi Haqqında Qanuna görə bu hal tək mənbə üsulu ilə işləmək hesab edilir və qəti qadağandır.

EPIZOD 4: “Fırlanan Qapı” (Revolving Door) Mexanizmi Və Nominal Rəhbərlik “Foriella” MMC-nin qanuni təmsilçisi Fərman Fərrux oğlu İslamlıdır. Açıq mənbələrdə hüquqi ünvanı və biznes keçmişi haqqında hrç bir məlumat olmayan bu şəxs, real sahibin gizlədilməsi üçün pərdə rolu oynayan nominal idarəçidir (frontman). Xatırladaq ki, Məşhur Məmmədov Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının keçmiş sədridir. O, bu postdan ayrıldıqdan sonra Assosiasiyanın sədri vəzifəsinə məhz “Foriella” MMC-nin hazırkı direktoru Fərman İslamlı gətirilmişdir. Bu hal beynəlxalq audit praktikasında “Fırlanan qapı” (Revolving Door) sxemi kimi tanınır – rəsmi səlahiyyətlər və idarəçilik etibarlı menecerə çevrilir, lakin qərarverici təsir və gəlir axını kölgədən dayanmış deputatın əlində qalmaqda davam edir.

EPIZOD 5: “Perla” Mebel Brendi Və Konstitusiyanın 89-cu Maddəsinin Pozulması… “Foriella” MMC tərəfindən istehsal olunan məhsullar ölkə üzrə 47 satış nöqtəsinə malik “Perla” mebel mağazaları şəbəkəsi (VÖEN: 2903400661) vasitəsilə pərakəndə satışa çıxarılır.

Məşhur Məmmədov 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif edilərkən, rəsmi dövlət mediasında və təqdimat materiallarında o, “Perla” mebel şirkətinin sahibi kimi təqdim olunmuşdur. Bu təqdimat deputatın biznesə faktiki mülkiyyətçiliyinin rəsmi etirafıdır. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, deputatın sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır.

Deputatın nəhəng kommersiya şəbəkəsini idarə etməsi hüquqi normanın birbaşa pozulmasıdır. Yeri gəlmişkən, onun himayəsində olan kommersiya obyektlərinin bir çoxunun payçıları, elə öz ailə üzvləridir: həyat yoldaşı Bənövşə Məmmədova, Məntiq və Məmməd Şahbazovlar, Mədinə Şahbazova, yaxın qohumu İsmixan Məmmədov (əmisioğlu və ya ögey qardaşı) və b.-dır.

EPIZOD 6: Baş Prokurorluğun Satınalmaları və “Offissa Dizayn Ko” Ofis mebellərinin təchizatı üzrə ixtisaslaşan “Offissa Dizayn Ko” MMC (VÖEN:1303692951, Aşıq Molla Cümə 46B ünvanı) dövlət qurumları ilə ümumilikdə 8 229 163 AZN dəyərində 39 satınalma müqaviləsi bağlamışdır.

Bu epizodda ən kritik hüquqi risk korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan ali hüquq-mühafizə orqanının – Baş Prokurorluğun ofis mebellərinin satın alınması üzrə 116 188 AZN-lik tenderinin qalibi kimi eyni biznes qrupuna aid şirkəti seçməsidir. Korrupsiyanı araşdırmalı olan organın təchizat zəncirində deputatın şirkəti ilə kommersiya münasibətlərinə girməsi ağır maraqların toqquşması riski yaradır.

EPIZOD 7: Keyfiyyət Pozuntuları və Dövlət Əmlakının Mənimsənilməsi Riski Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan şikayətlər “Embawood” tərəfindən dövlət obyektlərinə təhvil verilən mebellərin Texniki Tapşırıqlar Toplusundakı (TŞT) standartlara cavab vermədiyini göstərir.

Sənədlərdə baha qiymətli, yüksək sıxlıqlı MDF, təbii şpon və ya Avropa istehsalı furnitura bəyan edilməsinə baxmayaraq, “Yenixeberorg”a ötürülən məlumatlara görə, faktiki təslimatlarda ucuz Çin materiallarından və aşağı keyfiyyətli DSP lövhələrdən istifadə edildiyi bildirilir. Baha sənədləşmə fonunda ucuz material tətbiq edilməsi aradakı qiymət fərqinin mənimsənilməsi və dövlət əmlakına ziyan vurulması kimi qiymətləndirilməlidir.

 

EPIZOD 8: Sənaye Parkı güzəştləri ilə dövləti ikiqat soymaq mexanizmi… “Foriella” MMC nəyə görəsə (və qanunsuz olaraq) Balaxanı və Sumqayıt Sənaye Parklarının rezidenti statusunu daşıyır. Şirkət Vergi Məcəlləsinin 102.1.21 və 106.1.20- ci maddələrinə əsasən 10 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən və idxal olunan avadanlıqlar üzrə ƏDV-dən azaddır. Halbuki bu güzəştlərdən istifadə hüququ –ancaq və ancaq Azərbaycanda olmayan, nadir, dövlət əhəmiyyətli məhsul istehsal edən şirkətlərə verilir, mebel istehsalına yox. Üstəlik də bu parkın rezidentləri öz məhsullarını xaricə ixrac etməli idilər, daxilə ixrac edib, rəqiblərdən daha üstün imkan qazana bilməzdilər.

Bütün bunlara baxmayaraq,”Foriella” MMC dövlətin verdiyi vergi azadlığından stifadə edərək maya dəyərini düşürür, ardından istehsal etdiyi məhsulları azad bazara deyil, tenderlər vasitəsilə baha qiymətə yenidən dövlətin özünə (DSX layihələrinə) satır. Bu mexanizm dövlət büdcəsinin ikiqat istismar olunması (həm vergi azadlaması, həm də yüksək qiymətli dövlət alımı) mexanizminə gətirir. Belə çıxır ki, dərindən araşdırılsa, Azərbaycanda yaradılmış Azad İqtisadi Zonaların, Parkların hamısında bu cür sui- istifadə nəticəsində korrupsiya halları aşkar etmək olar.

EPIZOD 9: 74 Saylı Masallı Seçki Dairəsində Süni Seçki Rəqabəti İqtisadi resursların qorunması və deputat toxunulmazlığının uzadılması üçün siyasi mexanizmlərdən də sui-istifadə olunmuşdur. 2024-cü il parlament seçkilərində 74 saylı Masallı seçki dairəsində Məşhur Məmmədovun qarşısına rəqib namizəd kimi çıxarılan Cavid Xalıqzadə deputatın şəxsi şirkəti olan “Embawood” MMC-nin satış meneceri vəzifəsində çalışır.

Tabelik və maliyyə asılılığında olan işçinin öz işəgötürəninə qarşı siyasi rəqib kimi qeydə aldırılması Seçki Məcəlləsinin azad və ədalətli rəqabət prinsiplərini zədələyən, Seçki Komissiyasını və seçiciləri aldatmağa yönəlmiş psevdo-rəqabət şousu idi.

Və son əvəzi…

Redaksiyamıza hörmətli deputatın Korporativ Patronaj –siyasi qalxan mexanizmi ilə də bağlı maraqlı məlumatlar daxil olub…Məlumatlarda ən yüksəs siyasi instansiyadan tutmuş, müxtəlif nazirlik, dövlət agentliyi, hətta hüquq-mühafizə orqanlarında məsul vəzifə sahiblərinin və qohumlarının adları hallanır. Həm “krışa” kimi, həm də rəsmi payçılar kimi…

Hələlik açıqlanmasını uyğun bilmədiyimiz bu faktları, növbəti yazımızda oxuya biləcəksiniz… (“Yenixeberorg.com”)

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun

    Azərbaycan Respublikası Prezidenti yanında ...

    17-03-2017, 20:59

  • 
  • Ülvi Mehdiyev: “ASAN xidmət”ə pulla işə qəbul mümkün deyil"

    Ülvi Mehdiyev: “ASAN xidmət”ə pulla işə qəbul ...

    3-10-2018, 12:30

  • 
  • "10 milyon insan "ASAN xidmət"in imkanlarından istifadə edib"

    "10 milyon insan "ASAN xidmət"in ...

    2-06-2016, 13:13

  • 
  • Azercell prezidenti “ASAN xidmət”lə tanış oldu

    Azercell prezidenti “ASAN xidmət”lə tanış oldu ...

    14-05-2013, 17:56

  • 
  • “ASAN Xidmət”: Nəqliyyat vasitəsinin nömrəsini 8103-ə göndərməyə ehtiyac yoxdur

    “ASAN Xidmət”: Nəqliyyat vasitəsinin nömrəsini ...

    2-07-2020, 15:11


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (969)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu