Gundemxeber.az » GündəmXəbər » Qazinin evini yıxanlar, Vətənin sütununu sarsıdanlardır!
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canını fədakarcasına irəli atan, düşmənlə üz-üzə gələrək gözünün birini itirən Sənan kimi Qazilərimiz bu millətin qürur mənbəyidir. O, döyüş meydanında ölümü gözə alaraq bizə zəfər bəxş etdi. Lakin bu gün hansısa məmur özbaşınalığı, bürokratik soyuqqanlıq onun min bir əziyyətlə tikdirdiyi evi yerlə-yeksan edir.
Qazisini mənzillə təmin etmək bir yana, onun min bir zəhmətlə başa gətirdiyi evi başına uçurmaq sadəcə vicdansızlıq deyil, bu xalqa, bu dövlətə və Vətən uğrunda tökülən qana qarşı açıq xəyanətdir! Qazinin ahı üzərində rahatlıq tapacağını sanan bürokratlar unutmamalıdırlar ki, o evin hər daşında alın təri və müqəddəs qan izi var.
Məmur kreslosunda əyləşib xalqın fədakarlığına göz yumanlar anlamalıdırlar: Qazinin evini sökmək onun mənəviyyatını yıxmaq cəhdidir. Dövlətin adından sui-istifadə edib xalqla dövlət arasındakı inamı sarsıdan bu cür özbaşınalıqlara dərhal son qoyulmalı, ədalət bərpa olunmalıdır!
Gundemxeber.org
12-08-2026, 20:25
25-12-2013, 16:41
12-04-2017, 14:24
12-11-2020, 16:00
6-04-2016, 21:10
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?