Gundemxeber.az » Xəbərlərin siyahısı: Avqust 2026 illər » Səhifə 38
Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti –
Avqustun 10-da Lerik-Lənkəran sərhədində zəlzələ qeydə alınıb. Gundemxeber.org xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 16:00-da qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı zəifləyib. Günəşin səthində 4 ləkə qrupunda 41 ləkə və Tac dəlikləri müşahidə olunur. Günəş küləyinin maksimal sürəti saniyədə 464 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə
Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 9 gün davam edəcək yarışa millimiz 13 idmançı ilə qatılacaq. Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60
“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir. QSC-nin Mətbuat xidmətindən bildirilib ki, bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni
Şahdəniz konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalayıb. Müqavilə Emerson şirkətinə verilib. Bu barədə bp şirkətindən bildirilib. Qeyd olunub ki, yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 146 milyon manata yaxın vergi daxil olub. Dövlət Vergi Xidmətindən bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,8 faiz və ya 5,4 milyon manat çoxdur. Qeyri-dövlət sektorundan daxilolmalar 104,4 milyon manat
İspaniyada üzüm yığımı bu il xeyli erkən başlayıb. Anomal dərəcədə ifrat istilər səbəbindən Kataloniya şərabçıları iyulun 22-də yığıma başlayıblar ki, bu da İspaniya tarixində ən erkən məhsuldur. Gundemxeber.org xəbər verir ki, yüksək temperatur üzümün daha tez yetişməsinə səbəb olur. Buna görə də şərabçılar məhsul yığımına erkən başlamaq
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Yeddi ayda neft-qaz sektoru üzrə ÜDM istehsalı 22 milyard 916,5 milyon manat olmaqla ötən
Sorğu
Yeni dizaynımız necədir?