Dünya - GundemXeber İnformasiya Portalı

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır
Böyük Britaniyada sentyabr ayında növbəti isti hava dalğasının müşahidə oluna biləcəyi proqnozlaşdırılır.

Gundemxeber.org “The Independent”ə istinadla xəbər verir ki, ölkədə son həftələrdə hökm sürən rekord dərəcədə isti və quraq hava şəraitindən sonra gələn həftə temperaturun aşağı düşəcəyi gözlənilir.

Bununla belə, meteoroloqlar yayın sonunda, ölkə meteoroloji payıza keçərkən, xüsusilə Böyük Britaniyanın cənubunda yenidən isti hava dalğasının yarana biləcəyi barədə xəbərdarlıq ediblər. Avqustun 30-dan sentyabrın 13-dək olan dövr üçün uzunmüddətli proqnozunda bildirilir ki, xüsusilə cənub bölgələrində mövsüm üçün qeyri-adi isti hava şəraitinin və ya isti hava dalğalarının müşahidə olunması ehtimalı var.

Proqnoza əsasən, ölkənin cənub və şərq hissələrində daha quraq və sabit hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ümumilikdə temperaturun mövsüm normasına yaxın və ya ondan yüksək olacağı ehtimal edilir. Xəbərdarlıq İngiltərənin təxminən dörddə üç hissəsinin və bütün Uelsin quraqlıq şəraitində olduğu bir vaxta təsadüf edir. İyul ayı isə müşahidələr tarixində ən quraq iyul kimi qeydə alınıb.

Gundemxeber.org

Türkiyədə din arxasında gizlənənlər, bircə ünvandan 200 kilo külçə qızıl çıxdı
Türkiyədə “Alihan Kuriş cinayət təşkilatı” işi çərçivəsində aparılan istintaq zamanı bir ünvanda mənşəyi məlum olmayan 200 kiloqram külçə qızıl aşkarlanıb.

Gundemxeber.org-ın xarici KİV-ə istinadən məlumatına görə, Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan əməliyyat zamanı həbsdə olan Alihan Kurişin qardaşı, axtarışda olan Hilmi Tuna Kurişlə bağlı yoxlamalar çərçivəsində sözügedən ünvanda axtarış aparılıb.

Aşkarlanan qızılın ümumi dəyərinin təxminən 1,34 milyard türk lirəsi olduğu bildirilir. Qızılın mənbəyi ilə bağlı araşdırma davam etdirilir.

İstintaq çərçivəsində daha əvvəl 38 şübhəli saxlanılıb. Onlardan 32-si məhkəmə qərarı ilə həbs edilib, 6 nəfər barəsində isə ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri seçilib.

Gundemxeber.org-

İran parlamenti vətəndaşların ABŞ və İsrail mediasına müsahibə verməsini qadağan edən qanun layihəsini təsdiqləyib
İran parlamenti ölkə vətəndaşlarının ABŞ və İsrail mediasına müsahibə verməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Parlamentin məhkəmə-hüquq komissiyasının üzvü Osman Salari bildirib ki, belə müsahibələrə görə 6 aydan 2 ilədək həbs cəzası nəzərdə tutulur.

Qanun layihəsinin məqsədi düşmən ölkələrin kəşfiyyat qurumlarının təsirinə qarşı mübarizə aparmaq kimi təqdim olunur.

Sənəd hələ yekun qüvvəyə minməyib. Qanun layihəsi əlavə müzakirələrdən keçməli, daha sonra isə Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.

Gundemxeber.org

Pakistanda hərbi əməliyyatlar zamanı 17 silahlı öldürülüb
Pakistanın cənub-qərbində keçirilən iki ayrı hərbi əməliyyat nəticəsində 17 silahlı öldürülüb, bir neçə nəfər isə yaralanıb.

Bəlucistan əyalətinin Xuzdar rayonundakı Şor Barud dağlıq ərazisində keçirilən əməliyyatda 10 silahlı öldürülüb.

Eyni əyalətin Lajay bölgəsində aparılan digər əməliyyatda isə 7 silahlı məhv edilib. Təhlükəsizlik qüvvələri əməliyyatlar zamanı çoxlu sayda müasir silah, döyüş sursatı və digər avadanlıq aşkarlayıb.

Yerli mənbələr bildiriblər ki, silahlılara aid olduğu ehtimal edilən iki avtomobil və bir motosiklet də ələ keçirilib, onların gizləndiyi sığınacaqlar dağıdılıb.

Bəlucistan uzun illərdir Pakistanın təhlükəsizlik və hərbi obyektlərinə hücumlar həyata keçirən silahlı qrupların fəal olduğu bölgələrdən biri hesab olunur.

Gundemxeber.org

İranda ABŞ hərbçilərini öldürənə və ya əsir götürənə mükafat ödəniləcək
İran ərazisinə hücum edəcəyi təqdirdə, hər kəsə əsir götürülmüş və ya öldürülmüş hər bir ABŞ hərbçisi qarşılığında mükafat veriləcək.

Gundemxeber.org xəbər verir ki, bunu İran ordusunun komandanı Əmir Hatəmi bildirib.

"Maliyyə kampaniyasında iştirak üçün çoxsaylı müraciətləri nəzərə alaraq, ABŞ hərbçisini öldürən, əsir götürən və təslim edən hər kəsin İran İslam Respublikası Ordusundan zəmanəti ilə 30000 dollar və ya 50 milyard rial mükafat alacağı bir plan hazırlanıb. Belə bir hərəkəti edən cəsur İran qadınları ikiqat mükafat alacaqlar", - Hatəmi deyib.

Gundemxeber.org

Cared Kuşnerin Misirdə HAMAS liderləri ilə görüşü olub
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner bazar günü Misirdə HAMAS liderləri ilə görüşərək onları silahsızlaşdırma ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bu barədə “Axios” adı açıqlanmayan iki mənbəyə istinadən məlumat yayıb.

Görüş Kuşnerin ötən ilin oktyabrında Qəzzada müharibəyə son qoyulması barədə razılaşmanın imzalanmasından sonra HAMAS rəhbərliyi ilə ilk görüşü olub.

Görüş ABŞ administrasiyası və Trampın Sülh Şurasının HAMAS və İsraili ABŞ-ın 20 maddəlik sülh planının növbəti mərhələsinə keçməyə çağırdığı bir vaxtda baş tutub.

Məlumata görə, Kuşner bazar ertəsi İsrailə gedərək Baş nazir Benyamin Netanyahu ilə İsrailin atmalı olduğu müvafiq addımları müzakirə edəcək.

Görüşdə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov və şuranın üzvü, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də iştirak edib. HAMAS-ın siyasi lideri Xəlil əl-Həyyə, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, qətərli diplomat Əli əl-Təvadi və Türkiyənin yüksək vəzifəli rəsmisi də görüşə qatılıb.

Mənbənin sözlərinə görə, əsas məqsəd HAMAS-ın Qəzzanı demilitarizasiya etmək öhdəliyini konkret və yoxlanıla bilən addımlara çevirmək olub.

Bu addımlara Qəzzada idarəetmənin fələstinli texnokrat hökumətə verilməsi və HAMAS-ın ərazinin gələcək idarəçiliyində heç bir rolunun olmaması daxildir.

Sülh Şurası həmçinin HAMAS-dan silah və hərbi infrastrukturu ləğv etməyə başlamasını, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Qəzzaya yerləşdirilməsinə şərait yaratmasını və ərazinin bərpasına maneələrin aradan qaldırılmasını istəyir.

Mənbə bildirib ki, HAMAS silahsızlaşdırılmağa başlasa, İsrail də Qəzzadan müvafiq şəkildə geri çəkilməli və humanitar yardımların çatdırılmasını sürətləndirməlidir.

Mənbə onu da vurğulayıb ki, HAMAS idarəetmə səlahiyyətindən, bütün silahlardan və hərbi infrastrukturlardan imtina etməlidir.

Gundemxeber.org

Roma papası İsraili fələstinlilərə qarşı zorakılığı dayandırmağa çağırıb
Roma Papası XIV Leo İsraili İordan çayının qərb sahilində fələstinlilərə qarşı təkrarlanan zorakılıq hallarının dayandırılmasına çağırıb.

Gundemxeber.org xəbər verir ki, Papa beynəlxalq ictimaiyyəti iki dövlətli həll və davamlı sülh istiqamətində irəliləyişin təmin edilməsinə səsləyib.

BMT-nin məlumatına görə, 2026-cı ilin əvvəlindən İordan çayının qərb sahilində fələstinlilərə qarşı 1430-dan çox hücum qeydə alınıb, dağıntı və məcburi köçürülmələr nəticəsində təxminən 3800 fələstinli, o cümlədən 1900-ə yaxın uşaq, evindən didərgin düşüb.

Gundemxeber.org

Seuta şəhərində təxminən 200 miqrant sığınacaq tələb edərək etiraz aksiyası keçirib
Mərakeşdən İspaniyanın Seuta anklavına keçən təxminən 200 miqrant bazar günü yerli hakimiyyət orqanlarını onlara sığınacaq verməyə çağıraraq etiraz aksiyası keçirib.

Gundemxeber.org xəbər verir ki, məlumata görə, etiraz Seutadakı Trampolin çimərliyində təşkil edilib.

İştirakçılar İspaniya bayraqlarını dalğalandırıb və ölkədə sığınacaq tələb edən lövhələr tutublar.

Qeyd edək ki, İyulun sonunda İspaniyanın Seuta şəhəri Mərakeşdən gələn böyük qanunsuz immiqrasiya dalğası ilə üzləşib. İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, təxminən 72000 miqrant Mərakeşdən ölkəyə daxil olub. 11 avqustda isə Seuta hakimiyyəti şəhərdə təxminən 10000 miqrantın qaldığını açıqlayıb.

Gundemxeber.org

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir
Almaniyanın bir sıra federal əyalətlərində yüksək temperatur və quraqlıq səbəbindən kütləvi meşə və bitki örtüyü yanğınları tüğyan edir.

Gundemxeber.org yerli mediaya istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliyanın Hirtqenvald ərazisində qeydə alınan tarixi yanğın sahəsində açıq alov söndürülüb, Qey rayonundan təxliyə olunmuş 1800 sakin evlərinə qayıdıb. Belçika ilə həmsərhəd Monşau şəhəri yaxınlığında isə 3 min hektara çatan yanğının Almaniyaya keçmə riski azalsa da, sıx tüstü səbəbindən 5 min nəfərlik əhaliyə xəbərdarlıq edilib.

Bavariyanın Valdaşaff ərazisində yanğınla əlaqədar 80 sakin təxliyə edilib, yanğın nəzarətə götürüldükdən sonra onlar geri qayıdıblar. Reynland-Pfalts əyalətində Lanqşayd bölgəsində yanğının söndürülməsi işləri zamanı 22 xilasedici xəsarət alıb.

Analoji yanğın ocaqları Saarland, Saksoniya, Türingiya və Baden-Vürtemberq əyalətlərində də qeydə alınıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində əksər bölgələrdə alovun yayılmasının qarşısı alınıb.

Gundemxeber.org

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir
Misir Prezidenti Prezidenti Əbdülfəttah əs-Sisi Əl-Alameyn şəhərində Qəzza və digər regional böhranları müzakirə etmək ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Cared Kuşner ilə danışıqlar aparıb.

Gundemxeber.org xarici mətbuata istinadən xəbər verir ki, Kuşnerin Trampın sülh planını müzakirə etmək üçün Qahirədə HƏMAS nümayəndə heyəti ilə də görüşəcəyi planlaşdırılır.

Onun Misirə səfəri İsrailin Baş naziri Benyamin Netanyahunun Trampın 15 bəndlik sülh planını açıq şəkildə rədd etməsindən sonraya təsadüf edir.

Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovun Qahirədəki görüşdə Kuşneri müşayiət edəcəyi gözlənilir.

Danışıqlar Qəzzada beynəlxalq koalisiyaya aid hərbi qüvvələrin yerləşdirilməsi, İsrail qoşunlarının geri çəkilməsi və humanitar yardımlar üzrə keçiriləcək.

Gundemxeber.org