Gundemxeber.az » Dünya » Almaniyada zəlzələ oldu
Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq və Reynland-Pfalts bölgələrinin sərhədində yerləşən Mannheim şəhəri yaxınlığında 3,3 ilə 3,4 bal gücündə zəlzələ baş verib.
Gundemxeber.org xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Almaniyanın Cənub-Qərb Seysmoloji Xidmətinin ilkin təhlilinə görə, zəlzələnin episentri Mannheim şəhərinin şimalında yerləşən Vorms bələdiyyəsində yerləşib.
Zəlzələlər həm Vormsda, həm də Mannheimdə hiss olunub. Nəşrin məlumatına görə, Baden-Vürtemberq Geoloji Xidməti zəlzələni "zəif" kimi təsnif edib və episentrdən 20 kilometr radiusda hiss oluna biləcəyini bildirib.
Xəsarət və ya dağıntı barədə məlumat yoxdur.
3-04-2018, 18:42
23-09-2017, 21:26
26-11-2014, 11:10
12-11-2015, 13:06
9-08-2026, 09:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?