Gundemxeber.az » Dünya » Robotlar süni intellektə qarşı aksiya keçirdi
Polşanın paytaxtı Varşavada 30-a yaxın robot Rəqəmsal İşlər Nazirliyinin qarşısında aksiya keçirib.
Gundemxeber.org xarici mətbuata istinadən xəbər verir ki, robotlar süni intellektin nəzarətsiz inkişafının məhdudlaşdırılmasını və insanların iş yerlərinin qorunmasını tələb ediblər.
İnsana bənzər robotlar və robot-itlər əllərində bayraqlarla yürüş edib, səsgücləndiricilər vasitəsilə “İş yerlərini qoruyun” və “Qaydalar tətbiq etməyin vaxtıdır” kimi şüarlar səsləndiriblər.
Aksiyanı süni intellektin təsirlərini araşdıran yerli "Democratism" təşkilatı təşkil edib. Təşkilatın nümayəndəsi Qjeqoj Kuliş texnologiyaların sürətli inkişafının kütləvi işdən çıxarılmalara səbəb ola biləcəyini bildirib.
Aksiyaya Polşanın rəqəmsal işlər naziri Kşiştof Qavkovski də münasibət bildirib. O, əsas təhlükənin humanoid robotlardakı nəzarətsiz süni intellekt olduğunu deyib.
2-11-2023, 12:37
12-11-2015, 12:59
10-08-2026, 12:08
20-08-2026, 07:14
19-08-2026, 08:29
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?