Gundemxeber.az » Dünya » Yük maşını ilə toqquşan qatar relsdən çıxdı - Yaralılar var
Polşada sərnişin qatarının relsdən çıxması nəticəsində azı 20 nəfər xəsarət alıb.
Gundemxeber.org xəbər verir ki, bu barədə Polşanın Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.
Hadisə Pşisuxa yaşayış məntəqəsinin yaxınlığında "Intercity" şirkətinə məxsus qatarın iştirakı ilə baş verib.
Lyublin - Şşetsin marşrutu ilə hərəkət edən nəqliyyat vasitəsi dəmir yolu keçidində yük maşını ilə toqquşub.
Toqquşma nəticəsində qatarın bütün altı vaqonu qismən relsdən çıxıb. Qəza baş verən zaman qatarda 120 sərnişin olub.
Həkimlər dörd yaralının vəziyyətini ağır olaraq qiymətləndirirlər. Onların arasında yük maşınının sürücüsü də var.
18-02-2017, 21:12
7-04-2017, 22:46
19-12-2017, 10:56
29-01-2014, 13:33
23-02-2016, 15:03
Sorğu
Yeni dizaynımız necədir?