Gundemxeber.az » Dünya » Serbiyada parlament buraxıldı
Serbiya Prezidenti Aleksandar Vuçiç parlamentin buraxılması və növbədənkənar seçkilərin oktyabrın 25-də keçirilməsi barədə qərarları təsdiqləyib.
Gundemxeber.org xarici mətbuata istinadən xəbər verir ki, qərar Serbiya hökumətinin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı müraciətindən sonra qəbul edilib.
Növbədənkənar seçkilər ölkədə uzunmüddətli siyasi etirazlar fonunda keçiriləcək. Kütləvi etirazlar 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmir yolu vağzalında örtüyün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayıb.
Hakim Serbiya Tərəqqi Partiyası daha əvvəl qarşıdakı seçkilərdə Vuçiçi seçki siyahısının lideri kimi irəli sürüb. Qələbə qazanacağı təqdirdə o, baş nazir vəzifəsinə namizəd ola bilər.
6-12-2019, 16:04
7-12-2019, 14:33
28-11-2019, 12:12
29-08-2025, 21:10
6-12-2019, 11:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?