Gundemxeber.az » Dünya » Vulkan püskürdü, jurnalistlər itkin düşdü
İndoneziyada Anak Krakatau vulkanı yaxınlığında beş jurnalist və iki şəxsiyyəti məlum olmayan şəxs itkin düşüb.
Gundemxeber.org ANTARA-ya istinadən xəbər verir ki, 7 sentyabrda jurnalistləri daşıyan sürət qayığı Banten əyalətindəki Pagedongan körpüsündən yola düşüb. Jurnalistlər vulkan haqqında reportaj çəkməyi planlaşdırarkən onlarla əlaqə kəsilib.
"Sürətli qayığın göyərtəsində yeddi nəfər, o cümlədən ANTARA xəbər agentliyinin fotojurnalisti M. Bagus Hoyrunnas; "Merdeka"dan Ari Basuki; "iNews"dan Yudhis; "Anadolu"dan Daus; müstəqil jurnalist Donal və şəxsiyyətləri hələ müəyyən edilməmiş daha iki nəfər var idi", - deyə açıqlamada bildirilir.
Agentlik axtarışın birinci mərhələsinin uğursuz olduğunu bildirib. Bundan əlavə, xilasetmə əməliyyatı vulkan püskürməsi səbəbindən çətinləşir.
2-07-2017, 21:59
3-04-2017, 01:41
26-01-2016, 10:07
16-01-2018, 16:56
13-02-2019, 09:28
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?