Gundemxeber.az » Dünya » Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artdı
Avqust ayında Nepalda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 1355 nəfərə çatıb.
Gundemxeber.org xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.
Yüzlərlə əcnəbi də daxil olmaqla, təxminən 5000 nəfər itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatlarında hərbçilər də daxil olmaqla 21 mindən çox insan iştirak edir.
Nepal bazar ertəsi günü milli matəm günü elan edib və dövlət binalarındakı bayraqlar yarıya endirilib.
Avqustun 26-da Nepalın şimalında daşqınlar baş verib. İlkin məlumatlara görə, qəfil daşqınlara zəlzələnin yaratdığı buzlaq uçqunu səbəb ola bilər. Buzlaq qayaları çöküb, ardınca sel gəlib. Nəticədə, Nepal və Çin arasında Rasuvaqadi sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə axan Lhende Xola çayından su selləri axıb.
2-09-2026, 09:31
30-08-2026, 10:54
29-08-2026, 08:25
20-08-2026, 10:15
10-07-2018, 11:43
Sorğu
Yeni dizaynımız necədir?