Gundemxeber.az » Dünya » Putin Kadırovun oğluna orden verdi
Çeçenistan rəhbəri Ramzan Kadırovunböyük oğlu, respublika hökumətinin sədr müavini və regional Daxili İşlər Nazirliyinin kuratoru, 19 yaşlı Adam Kadırov 2-ci dərəcəli Vətənə Xidmət Ordeni ilə təltif edilib.
Gundemxeber.org xəbər verir ki, müvafiq fərman Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Çeçenistan Respublikasının rəhbəri və hökumətinin administrasiyası qeyd edib ki, "gənc yaşına baxmayaraq, Adam Ramzanoviç özünü səriştəli mütəxəssis və effektiv idarəçi kimi sübut edib".
Bu günə qədər Adam Kadırov 20-dən çox mükafat alıb. Bunlara Rusiyanın dövlət və idarə mükafatları, ictimai fərqlənmə nişanları və xarici ölkələrin beynəlxalq mükafatları daxildir.
19-09-2025, 17:01
9-03-2015, 22:43
6-12-2014, 00:02
22-06-2020, 14:47
27-11-2017, 11:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?