Gundemxeber.az » Dünya » Yenidən üçtərəfli formata qayıdacaqlar
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton tezliklə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar üçün üçtərəfli formata qayıtmağı gözləyir.
Gundemxeber.org xəbər verir ki, Kuşnerin sözlərinə görə, onun əvvəlki gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü "çox konstruktiv və məzmunlu" olub:
"Artıq hər iki tərəflə danışmışıq, ona görə də üçtərəfli formata qayıtmaqda çox tezliklə irəliləyiş əldə edəcəyimizə ümid edirik".
O bildirib ki, Putinlə görüşündə amerikalılar "indiyə qədər işə yaramayan bir çox ideyanı" müzakirə ediblər və həmçinin, davamlı sülhə nail olmaq üçün hansı elementlərin zəruri olduğunu və Rusiya, Ukrayna və digər ölkələrin belə bir razılaşmadan nə əldə edə biləcəyini müəyyən etməyə çalışıblar.
"Bu, çox səmərəli dialoq idi", - deyə Kuşner əlavə edib ki, o və Uitkoff danışıqlar prosesinə kömək edə biləcəyinə inandığı bir sıra yeni ideyalar irəli sürüblər.
Kuşner, həmçinin, xatırladıb ki, Amerika nümayəndələri təxminən altı aydır ki, regiona səfər etməyiblər. O qeyd edib ki, Vaşinqton əvvəllər Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyaya növbəti səfərlərindən sonra ABŞ nümayəndələrinin də Ukraynaya səfər edəcəyinə söz vermişdi.
6 sentyabrda Uitkoff və Kuşner Kiyevdə Zelenskiy, Ukrayna nümayəndə heyəti və Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri ilə danışıqlar aparıblar. Zelenskinin sözlərinə görə, həmin gün müharibənin bitməsi və Ukraynaya qısamüddətli dəstək üçün mümkün parametrlər müzakirə edilən üç raund danışıqlar aparılıb. Tərəflər, həmçinin, oxşar formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər.
6-08-2025, 23:36
30-01-2019, 11:49
16-08-2026, 22:16
9-12-2025, 15:16
21-08-2017, 14:53
Sorğu
Yeni dizaynımız necədir?