Gundemxeber.az » Dünya » Netanyahu İranla bağlı məqsədini açıqladı
"İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər".
Gundemxeber.org xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Bu rejim artıq uçurumun astanasındadır. O, əvvəlkindən daha zəifdir. O, yaşamaq üçün mübarizə aparır", - deyə Netanyahu qeyd edib.
O, İsrailin İranın yaratdığı təhlükəni birdəfəlik aradan qaldırmağa qadir olduğunu iddia edib. "Əminəm ki, bu təhlükəni birdəfəlik aradan qaldıra bilərik, yəni bu rejimi devirmək. Bu, hələ də qarşımızda duran əsas vəzifədir, amma yaxındır. Bu, əlçatandır", - deyə baş nazir bildirib.
Netanyahunun açıqlaması ABŞ-ın İrana yenidən hücumları fonunda verilib. Buna cavab olaraq Tehran Fars körfəzindəki, İordaniyadakı və muxtar İraq Kürdüstan bölgəsindəki ABŞ müttəfiqlərinə hücum edib.
Gundemxeber.org
25-08-2026, 08:41
19-11-2018, 11:10
12-04-2018, 11:07
19-06-2025, 22:27
11-09-2015, 17:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?