Gundemxeber.az » Dünya » Bu ölkə Rusiyanı təxribata hazırlaşmaqda ittiham etdi
Danimarka Təhlükəsizlik Kəşfiyyat Xidməti (PET) Rusiyanın Ukraynaya hərbi yardımla əlaqəli şirkətlər də daxil olmaqla, ölkənin müdafiə şirkətlərinə qarşı təxribat aktları planlaşdırdığını bildirib.
Gundemxeber.org xəbər verir ki, PET əks-kəşfiyyat rəisi Emil Qröşolmun sözlərinə görə, Rusiya kəşfiyyat xidmətləri sosial media və oyun platformaları vasitəsilə Danimarka vətəndaşlarını bu işə cəlb etməyə çalışır. Onlardan biznes və infrastruktur obyektlərinin fotoşəkillərini çəkmələri istənilə bilər və nəticədə əldə edilən materiallar sonradan təxribat hücumlarının hazırlanması üçün istifadə oluna bilər.
Qröşolm bildirib ki, "Rusiya Avropada müdafiə şirkətlərinə və müdafiə sənayesinə qarşı təxribat aktları planlaşdırır və həyata keçirir".
Gundemxeber.org
1-06-2021, 14:40
8-09-2025, 14:22
29-10-2015, 16:26
29-04-2026, 23:58
18-02-2020, 14:20
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?