Gundemxeber.az » Dünya » Lavrov onu "fürer" adlandırdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni "Fürer" adlandırıb.
Gundemxeber.org xəbər verir ki, o, bunu Şərq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında deyib.
Lavrov bildirib ki, Leyen millətlərarası qurumlar tərəfindən Aİ-yə həvalə olunmayan səlahiyyətləri Brüsselə ötürməyə çalışır.
Nazir xatırladıb ki, bir neçə il əvvəl "Şimal Axını"nın pozulması ilə bağlı suala cavab olaraq fon der Leyen avropalı seçicilərin enerji qiymətlərinin artmasından əziyyət çəkəcəklərini, lakin "Ukrayna xalqının Avropa dəyərlərini müdafiə edə bilməsi üçün əziyyət çəkməyə borclu olduqlarını" bildirmişdi.
"Və heç kim bu Avropa dəyərlərinin nə olduğunu soruşmadı. Əgər təhsildə, mədəniyyətdə, gündəlik həyatda və mediada rus dilinə qoyulan qanunvericilik qadağası Avropa dəyərlərini əks etdirirsə, onda Avropa üçün nasizmə yenidən xoş gəlmisiniz", - deyə Lavrov vurğulayıb.
Gundemxeber.org
23-09-2024, 12:50
1-09-2016, 12:29
29-11-2019, 10:45
12-02-2021, 13:03
21-11-2017, 11:57
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?