Gundemxeber.az » İdman » "Hesab arasındakı fərq daha az ola bilərdi" - "Sabah"ın baş məşqçisi
Düşünürəm ki, oyuna kifayət qədər yaxşı başladıq. Komandada qorxu və ya həyəcan hiss etmədim. Bütün 90 dəqiqə ərzində öz oyunumuzu oynamağa çalışdıq. Bəzi epizodlarda ritmimizi tapdıq, topa nəzarət etdik və zaman-zaman “Mançester Yunayted”in təzyiqindən çıxa bildik.
Gundemxeber.org xəbər verir ki, bunu “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirilən ilk tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis hesabın daha fərqli ola biləcəyini bildirib: “Düşünürəm ki, bu axşam hamımız evə nəticənin bir qədər daha yaxşı ola biləcəyini düşünərək qayıdacağıq. Hesab arasındakı fərq daha az ola bilərdi”.
Baş məşqçi komandasının, xüsusilə ilk hissədə bəzi epizodlarda kifayət qədər cəsarətli oynamadığını vurğulayıb: “Bir tərəfdən deyirəm ki, futbolçularımızda qorxu hiss etmədim, digər tərəfdən isə müdafiə xəttində daha cəsarətli ola bilərdik. Müdafiəçilərimiz çox geridə qalırdılar. Bu, qorxudan deyil, bəlkə də təcrübəsizlikdən irəli gəlirdi və rəqibin gücünü həddindən artıq qiymətləndirirdik. Xətləri irəli çəkməyəndə və boşluqları nəzarətdə saxlamayanda “Mançester Yunayted” kimi komandanın futbolçularına dönüb sürətlə hücuma keçmək imkanı verirsən. Belə oyunçuları həmin vəziyyətdə dayandırmaq demək olar ki, mümkün deyil”.
Qeyd edək ki, "Old Trafford" stadionunda "Mançester Yunayted" - "Sabah" arasında keçirilən qarşılaşma "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.
4-04-2017, 09:56
30-09-2025, 23:51
5-04-2014, 13:55
29-11-2014, 23:33
6-02-2016, 18:38
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?