Gundemxeber.az » İdman » AFFA 4 klubu cərimələdi
Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klub ümumilikdə 2 800 manat cərimələnib.
Gundemxeber.org xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Sentyabrın 4-də keçirilən "Kəpəz" – "Şamaxı" matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib.
Sentyabrın 6-da baş tutan "Turan Tovuz" – "Sumqayıt" görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.
23-09-2014, 13:54
3-03-2015, 15:10
2-09-2014, 14:46
1-11-2017, 19:54
4-02-2020, 14:03
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?