Gundemxeber.az » İdman » Messinin 10 nömrəli formasını o geyinəcək
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin milli komandadan ayrılmasından sonra 10 nömrəli formanı kimin geyinəcəyinə qərar verib.
Gundemxeber.org “Goal”a istinadən xəbər verir ki, 21 yaşlı Niko Pas komandanın yeni 10 nömrəsi olacaq. Bu qərarın müzakirələr zamanı qəbul edildiyi bildirilib. Niko Pasın “10 nömrə” üçün Entso Fernandes və Aleksis Mak Allisteri qabaqladığı qeyd edilib.
Niko Pas indiyədək yığmada 11 oyun keçirib və 18 nömrəli forma ilə çıxış edib. Lionel Messi isə 2009-cu ildən Argentina millisində 10 nömrəli formanı geyinib. O, bu forma ilə 172 matçda meydana çıxıb.
Qeyd edək ki, Argentina millisi sentyabr və oktyabr aylarında 4 yoldaşlıq görüşü keçirəcək.
Gundemxeber.org
29-06-2021, 12:29
22-07-2025, 12:02
17-06-2016, 14:36
28-03-2017, 22:53
23-06-2018, 17:17
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?