GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Əliyev və Paşinyanın Bişkek görüşü dünya mediasının diqqətində

Əliyev və Paşinyanın Bişkek görüşü dünya mediasının diqqətində

Tarix: Bu gün, 06:00 Bölmə :Siyasət Baxış: 0


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 31-də Bişkekdə keçirilən görüşü beynəlxalq və regional media tərəfindən geniş işıqlandırılıb. Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutan görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh prosesinin davam etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və TRIPP layihəsinin icrası əsas mövzular sırasında yer alıb.

Gundemxeber.org xəbər verir ki, xüsusilə Avropanın aparıcı xəbər kanallarından olan “Euronews”, Türkiyənin Anadolu Agentliyi, İsveçrənin “SWI” (swissinfo.ch), “IntelliNews”, “Commonspace”, Rusiyanın “Kommersant” və “Interfax” agentlikləri, İranın IRNA agentliyi, Gürcüstanın 1TV-si və Qazaxıstanın “Kursiv” nəşri görüşə daha geniş yer verən media qurumları kimi seçilir.

“Euronews” Bişkekdə keçirilən ŞƏT sammiti barədə geniş materialında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə də xüsusi yer ayırıb. Nəşr görüşü iki ölkənin tarixi sülh prosesində yeni mərhələ kimi təqdim edərək, liderlərin növbəti addımları müzakirə etdiyini yazıb. “Euronews” həmçinin Əliyev və Paşinyanın yeni ticarət və enerji əməkdaşlığı, eləcə də TRIPP marşrutu ilə bağlı məsələləri müzakirə etdiyini vurğulayıb.

Türkiyənin nüfuzlu Anadolu Agentliyi görüşü “Azərbaycan Prezidenti, Ermənistanın baş naziri iqtisadi, ticarət və enerji əlaqələrinin genişləndirilməsini müzakirə etdi” başlığı ilə təqdim edib.

Agentlik yazır ki, Əliyev və Paşinyan ŞƏT sammiti çərçivəsində görüşərək iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Anadolu Agentliyinin diqqət çəkdiyi əsas məqamlardan biri də iki ölkənin birbaşa ikitərəfli təmasları davam etdirmək və münasibətlərin normallaşdırılması ilə yanaşı, regional bağlantıları gücləndirmək barədə razılığa gəlməsi olub.

Agentlik həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisindən Ermənistana tranzitini və TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində atılacaq addımları xüsusi vurğulayıb.

İsveçrənin dövlət yayım qurumu “SRG SSR”in beynəlxalq platforması olan “SWI” (swissinfo.ch) görüşü “Paşinyan və Əliyev davamlı sülhün yaradılması səylərini davam etdirmək barədə razılaşıblar” başlığı ilə təqdim edib.

Xəbərdə əsas diqqət liderlərin regionda davamlı sülhü gücləndirmək və dövlətlərarası münasibətləri normallaşdırmaq istiqamətində səyləri davam etdirmək barədə razılaşmasına yönəldilib.

“SWI” həmçinin görüşdə Azərbaycan neft məhsullarının Ermənistana ixracının başlanmasının, biznes dairələri arasında əlaqələrin və iqtisadi, ticarət və enerji əməkdaşlığının genişləndirilməsi imkanlarının müzakirə edildiyini qeyd edir.

Mərkəzi və Şərqi Avropa, MDB və inkişaf etməkdə olan bazarlar üzrə ixtisaslaşan “IntelliNews” görüşü “Ermənistan və Azərbaycan liderləri Bişkek görüşündə sülh prosesini irəli aparmaq barədə razılaşıblar” başlığı ilə təqdim edib.

Nəşr görüşün əsas nəticələrindən biri kimi Azərbaycan neft məhsullarının Ermənistana ixracını, taxıl və digər məhsulların Azərbaycan ərazisindən tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin yaradılmasını göstərir. “IntelliNews” bunu sülhün möhkəmlənməsinin vacib praktiki təzahürləri kimi təqdim edir.

Nəşr TRIPP layihəsinə də xüsusi diqqət ayıraraq onu Azərbaycanı Naxçıvanla birləşdirən regional bağlantı layihəsi kimi təqdim edir və layihənin dövlətlərin suverenliyi və yurisdiksiyasına hörmət əsasında həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirir.

Cənubi Qafqaz və Avropa-Yaxın Şərq əlaqələri üzrə ixtisaslaşan “Commonspace.eu” görüşü diplomatiya, sülh və regional bağlantılar kontekstində təqdim edib.

Nəşrin diqqət çəkdiyi əsas məqam liderlərin davamlı sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və bağlantıların gücləndirilməsi üçün birbaşa ikitərəfli əlaqələr vasitəsilə addımları davam etdirmək barədə razılığa gəlməsidir.

“Commonspace” həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, tranzit imkanlarının genişləndirilməsini və TRIPP çərçivəsində bağlantı layihələrinin əhəmiyyətini ön plana çıxarır.

Rusiyanın ən tanınmış biznes və siyasi nəşrlərindən biri olan “Kommersant” görüşü iqtisadi aspektdən təqdim edib.

Nəşrin başlığında diqqət birbaşa əməkdaşlığın davam etdirilməsinə yönəldilib. “Kommersant” yazır ki, Bakı ilə İrəvan arasında ticarət əlaqələrinin qurulması sülhün möhkəmlənməsinin təzahürü kimi qiymətləndirilib.

Nəşr konkret olaraq Azərbaycan neft məhsullarının Ermənistana ixracını və üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisindən tranzitini qeyd edir. Eyni zamanda, TRIPP-i Vaşinqton sammitinin mühüm nəticələrindən biri adlandırır.

Rusiyanın aparıcı informasiya agentliklərindən “Interfax” görüşün əsas gündəmini “Bakı və İrəvan münasibətlərin normallaşdırılması və TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində addımları müzakirə edib” kimi təqdim edib.

Agentlik yazır ki, liderlər Vaşinqton sülh sammitinin tarixi əhəmiyyətini, sülh sazişi üzrə razılaşdırılmış mətnin paraflanmasını və iki ölkə arasında praktiki əməkdaşlığın inkişafını müzakirə ediblər.

“Interfax”ın diqqət çəkdiyi əsas nəticələrdən biri də Əliyev və Paşinyanın birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün möhkəmləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılaşmasıdır.

Gürcüstanın Birinci Kanalı – 1TV görüşün nəticəsini birbaşa sülh prosesi ilə əlaqələndirib. Xəbərin başlığında iki liderin birbaşa ikitərəfli əlaqələr vasitəsilə sülhün möhkəmləndirilməsinə yönəlmiş addımları davam etdirmək barədə razılaşdığı vurğulanıb.

1TV Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən tranziti, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsini və sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyətini də qeyd edib.

Gürcüstan mediasının bu yanaşması görüşün Tbilisinin də xüsusi maraq göstərdiyi regional bağlantılar və nəqliyyat layihələri kontekstində təqdim edildiyini göstərir.

Qazaxıstanın “Kursiv” nəşri görüşü “Əliyev və Paşinyan ölkələr arasında sülhlə bağlı bəyanat verdilər” başlığı ilə işıqlandırıb.

Nəşr yazır ki, liderlər münasibətlərin normallaşdırılmasının gedişini və əvvəl əldə olunmuş sülh razılaşmalarının həyata keçirilməsini müzakirə ediblər. “Kursiv” xüsusilə Azərbaycan neft məhsullarının Ermənistana ixracına və üçüncü ölkələrdən malların Azərbaycan ərazisindən tranzitinə diqqət çəkərək, bunları sülh prosesinin artıq ilk praktiki nəticələri kimi təqdim edir.

Nəşr TRIPP layihəsini də Vaşinqton sammitinin əsas nəticələrindən biri kimi göstərir və tərəflərin bu marşrut üzrə nəqliyyat bağlantılarının inkişaf etdirilməsinin vacibliyini vurğuladığını yazır.

İranın dövlət xəbər agentliyi IRNA görüşü “Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşünün əsasını sülhün və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi təşkil edib” məzmununda təqdim edib.

Beləliklə, İran mediasında da görüşün əsas istiqaməti siyasi qarşıdurmadan daha çox sülh prosesinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı kimi təqdim olunub.

Gürcüstanın “Newshub Georgia” nəşri də görüşü ayrıca beynəlxalq xəbər kimi yayımlayıb. Onun materialında əsas diqqət Əliyev və Paşinyanın Bişkekdə, ŞƏT sammiti çərçivəsində bir araya gəlməsinə və iki ölkə arasında sülh prosesinin davam etdirilməsinə yönəldilib.

İki liderin Bişkek görüşü “Hürriyet”, “Türkiye Gazetesi”, “Yeni Şafak”, “TRT Avaz”, Open.kg, 24.kg, “Ulysmedia”, “CentralAsia.media”, “Economist.kg”, “Netgazeti”, “Interpressnews”, “Resonance Daily”, “Info9”, “PrimeTime”, “New Turk Post” və “TRT Arabi” kimi mətbuat orqanları tərəfindən də geniş işıqlandırılıb.

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin Türkiyənin baş naziri ilə geniş tərkibdə görüşü olub

    İlham Əliyevin Türkiyənin baş naziri ilə geniş ...

    3-06-2016, 16:28

  • 
  • Azərbaycan Prezidentinin İrana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

    Azərbaycan Prezidentinin İrana səfəri yerli ...

    24-02-2016, 12:53

  • 
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26

  • 
  • Prezident İlham Əliyev və baş nazir Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və baş nazir Viktor Orban ...

    6-03-2016, 16:37

  • 
  • Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Rusiyanın rəqəmsal ...

    3-12-2018, 20:49


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (8)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu