Gundemxeber.az » Ölkə » Səhifə 2398
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Baklıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O hazırda Yasamal Polis Idarəsindədir. Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.
Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
“Exo” qəzetinin təsisçisi və baş redaktoru Rauf Talışinski mayın 8-də Bakıda vəfat edib. Bu barədə Amerikanın Səsinə onun qardaşı Aydın Talışinski məlumat verib.
Avropa İnsan Hüquqları Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)-nin keçmiş sədri Emin Hüseynovun Azərbaycan vətəndaşlığından çıxarılması ilə bağlı verdiyi şikayət üzrə kommunikasiyaya başlayıb.
Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.
Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsinə görə 6 nəfər həbs edilib, 3 gömrük işçisi vəzifəsindən azad edilib. Bu barədə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Dövlət Gömrük Xidmətinin (DGK) dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsi ilə bağlı birgə məlumatında deyilir.
Sabah - mayın 8-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayır.
Astara Rayon Polis Şöbəsi (Bakıdan 317 kilometr cənub, İranla sərhəd) İran vətəndaşı Əmin Abanqadan 1 kiloqram 35 qram heroin aşkarlayaraq götürüb. Bu barədə Daxili İşlər Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Ermənistandakı Dövlət çevrilişi və bu ətrafda baş verən digər hadisələrə Rusiyanın heç bir reaksiya vermədən təmkinlə izləməsi dünya siyasi sisteminində ciddi marağına səbəb oldu. Əslində isə Rusiya üçün Ermənistan nə Gürcüstandır nə Ukrayna. Ermənistan bütün parametrləri ilə Rusiyadan asılı bir “dövlətdir”. Beləki Ermənistanın bütün xarici
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?