Hadisə - GundemXeber İnformasiya Portalı

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədənini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar.

Sürücünün meyiti müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gundemxeber.org

Ucarda iki yük maşını toqquşub, ölənlər var
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Ford” markalı yük maşını toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gundemxeber.org

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var
İmişli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gundemxeber.org  xəbər verir ki, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Xubyarlı kəndi ərazisindən keçən hissəsində Tural Xəlilovun idarə etdiyi "VAZ" markalı avtomobil digər nəqliyyat vasitəsinə dəyərək idarəetməni itirib və yoldan çıxıb.

Hadisə nəticəsində "VAZ"-ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gundemxeber.org

Bakıda avtobusda yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Gundemxeber.org-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Gundemxeber.org

FHN Kür çayında batan şəxsin axtarışlarına başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Gundemxeber.org-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Gundemxeber.org

Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü İsmayılov Rüfət İsrayıl oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evdən çıxmağımı güdürdü - Bakıda elektron qəlyana görə QAN TÖKÜLDÜ
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən S.S-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gundemxeber.org xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid M.M. Ə.N-nin nənəsi olduğunu deyib:

"Evlərimiz bir-birinə yaxın məsafədə yerləşir, qonşu sayılırıq. Həmin gün qızımın evində idim, nəvəm Ə.N də evdə idi. İşim olduğu üçün evimə qayıtmalı oldum. Ehtimal edirəm ki, S. mənim nə vaxt o evdən çıxacağımı güdüb. Evimə təzəcə çatmışdım ki, səs-küy eşidib pəncərəmdən baxanda S.S-nin əlində bıçaqla yerə yıxılan N-nin başının üstündə dayandığını gördüm. Ağlım başımdan çıxdı, hay salıb yola tərəf qaçdım".

Şahid Ə.Z hadisə günü S-nin Ə.N-lə əlbəyaxa olduqlarını gördüyünü bildirib:

"Evimdə idim. Bir qadının ay aman, kömək edin deyə qışqırdığını eşidib tez çölə qaçdım. Yaxınlaşanda gördüm ki, S. N-ə zərbələr endirir. N. də çabalayıb qışqırır, kömək istəyirdi. Mən qışqırıb burax xalxın uşağını deyərək, onlara tərəf qaçmağa başladım. Hay-küyə, qışqırığa insanlar toplaşanda S. tez qaçıb getdi. N-ni qucağıma alıb qapılarının ağzına gətirdim, "102"-yə zəng elədim. S. N-yə qardaşını tap ver mənə, yoxsa onu sənin günə salacam deyirdi".

Növbəti proses 1 sentyabr saat 11:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 13 oktyabr 2025-ci ildə Binəqədi rayonu, 28 may qəsəbəsində baş verib.

İttihamda qeyd olunur ki, S.S tanışı Ə.Ə-nin elektron qəlyanını alıb geri qaytarmayıb. Ə. S-nin qardaşı F-lə ona xəbər göndərərək, qəlyanını geri qaytarmasını tələb edib. Bundan sonra Ə. ilə F. arasında mübahisənin yarandığı və Ə-nin F-ə şillə vurduğu məlum olub. S. Ə-nin təhsil aldığı məktəbə gəlib və onun dərsdən çıxmasını gözləyib. Dərsdən çıxan Ə. ilə S. arasında mübahisə yaranıb, Ə. təkrar elektron qəlyanını ondan geri tələb edib.

Bundan qəzəblənən S. Ə-nin boyun nahiyəsindən güclü zərbə endirib. Müəllimlərin və şagirdlərin toplaşmasından sonra S. Ə-ni buraxaraq məktəbdən uzaqlaşıb. Lakin çox keçmədən S. yenidən məktəbə qayıdıb və həyətdə dayanıb sinif yoldaşları ilə söhbət edən İ.M-yə yaxınlaşıb səbəbsiz yerə ondan "Məni döyəcəksən?"-deyə soruşub. İ. "Səninlə işim yoxdur" -deyib uzaqlaşmaq istəyəndə S. İ-yə güc tətbiq edərək, onun başına və bədəninin müxtəlif hissələrinə zərbələr vurub. Yaranmış səs-küyə görə hadisə yerinə yaxınlaşan məktəbin direktor müavini onların hər ikisini məktəbə apararaq "102"yə zəng edib. Direktor müavininin zəngindən sonra məktəbdən qaçan S. Ə-nin qardaşı N-nin baş vermiş hadisəyə görə onu axtardığını öyrənib. S. N-nin yaşadığı evə gələrək onu küçəyə çağırıb özü ilə gətirdiyi bıçaqla onu vuraraq, ağır bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.S Cinayət Məcəlləsinin  29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29. 120.2.4-cü maddəsi  (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) 221.2.1(xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Gundemxeber.org

Xətai, Babək prospektində avtomobil salonunda yanğın söndürüldü
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğın genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 15kv.m. olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən “BMW” markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.

Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.

Gundemxeber.org

Buzovnada daha bir nəfər dənizdə bataraq ölüb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Gundemxeber.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gundemxeber.org

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb
Balakəndə baş verən zəncirvari ağır yol qəzası nəticəsində üç nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Ölənlər arasında ana və onun oğlu da var.

Zəncirvarı yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai”, “KİA” və “Toyota markalı minik avtomobilləri toqquşub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan “Hyundai”nin sürücüsü Balakənin Katex kənd sakini Məryəm Hoorsova, “Toyota”nın sürücüsü Balakənin Sarıbulaq kənd sakini 27 yaşlı Rəşad Mütəllibov və “Toyota”da olan sərnişin - sürücünün anası 52 yaşlı Pərvanə Məmmədova hadisə yerində ölüblər.

Daha iki nəfər sərnişin “Toyota”nın sürücüsü Rəşad Mütəllibovun atası 51 yaşlı Yaşar Mütəllibov və “Hyundai”də olan sərnişin 61 yaşlı Şərif Soltanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Gundemxeber.org