Gundemxeber.az » Ölkə » Hadisə » Şahbuzda avtomobil yeniyetməni vurdu
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundemxeber.org xəbər verir ki, rayonun Heydər Əliyev prospektində yolu keçən piyada, 2011-ci il təvəllüdlü Gülnar Qurbanovanı avtomobil vurub.
Qəza nəticəsində xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Gundemxeber.org
21-08-2026, 22:53
23-08-2026, 10:13
25-01-2018, 23:22
7-02-2018, 11:10
11-11-2013, 10:31
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?