Gundemxeber.az » Ölkə » Uşaq kosmetikasının istifadəsində hansı tələblər var? - Həkimdən açıqlama
"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır".
Gundemxeber.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov bildirib.
Onun sözlərinə görə, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatın təqdim edilməsini tələb etmək hüququna malikdir.
Həkim-gigiyenist, həmçinin kosmetik məhsulların təhlükəsizliyi və onların gigiyenik sertifikatı olub-olmadığı ilə bağlı bəzi suallara aydınlıq gətirib.
– Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən verilən gigiyenik sertifikat nədir və niyə vacibdir?
– Gigiyenik sertifikat – məhsulun, maddənin və ya vasitənin qüvvədə olan sanitariya qaydalarına, gigiyena normativlərinə uyğun olduğunu və insan sağlamlığı üçün təhlükəsiz hesab edildiyini təsdiq edən rəsmi sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”na uyğun olaraq sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq məhsulları ölkəyə idxal olunarkən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik sertifikatlaşdırma prosesinə cəlb edilir. Bu prosesin əsas məqsədi insan sağlamlığının qorunması, məhsulların təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığı üçün risk yarada biləcək amillərin qarşısının alınmasıdır.
15-07-2026, 15:16
16-09-2025, 15:53
17-08-2019, 10:59
11-09-2018, 16:44
21-08-2026, 23:00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?