Gundemxeber.az » Ölkə » Beyləqanda növbəti səyyar görüş keçirildi - FOTOLAR
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun vətəndaşlarla növbəti səyyar görüşü Kəbirli kəndində keçirilib.
Gundemxeber.org xəbər verir ki, səyyar görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüşdə RİH başçısı Əziz Əzizov ölkəmizdə sosial-iqtisadi inkişafın davamlı xarakter daşıdığını, bölgələrdə həyata keçirilən abadlıq və quruculuq layihələrinin əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Vətəndaşların rifahının yüksəldilməsinin dövlət siyasətində xüsusi əhəmiyyət daşıdığını bildirən Əziz Əzizov bu istiqamətdə görülən işlərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.
Qəbul zamanı sakinlərin müraciət və təklifləri ayrı-ayrılıqda dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların nümayəndələrinə konkret tapşırıqlar verilib, bəzi məsələlər üzrə isə vətəndaşlara müvafiq izahatlar təqdim olunub.
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Gundemxeber.org
29-04-2016, 01:34
30-08-2018, 11:01
21-08-2026, 18:10
26-08-2026, 16:57
9-02-2019, 11:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?