Maraqlı - GundemXeber İnformasiya Portalı

Səsiniz və üzünüzü belə saxtalaşdırırlar
Dələduzların süni intellekt vasitəsilə hazırladığı dipfeyklər 2026-cı ildə ən təhlükəli texnologiyalardan birinə çevrilib.

Gundemxeber.org-ın xarici KİV-ə istinadən məlumatına görə, “Staxanovets” şirkətinin texniki direktoru Sergey Şerbakov bildirib ki, cinayətkarlar hər gün yeni səslər, üzlər və ssenarilər yaradaraq insanları aldatmağa çalışırlar.

Ekspertin sözlərinə görə, dipfeyk hazırlamaq artıq çox ucuzlaşıb və hücumların sayı kəskin artıb. Dələduzlar süni intellektlə tanış şəxslərin, rəhbərlərin və ya ictimai şəxslərin səsini və görüntüsünü saxtalaşdıraraq pul köçürülməsi və şəxsi məlumatların verilməsi üçün təzyiq göstərə bilirlər.

Şerbakov xüsusilə uşaqların rəqəmsal təhlükələr barədə maarifləndirilməsinin vacibliyini vurğulayıb. O, məktəblərdə rəqəmsal savadlılıq dərslərinin müntəzəm keçirilməsini və uşaqlara dipfeykləri tanımağın öyrədilməsini təklif edib.

Ekspertin fikrincə, əsas müdafiə üsulu tələsməmək, məlumatı əlavə mənbədən yoxlamaq və şübhəli zəng və videolara dərhal inanmamaqdır.

Gundemxeber.org

Alimlər Buz dövründə yaşamış yeni qurbağa növü aşkarladılar
ABŞ-da alimlər Los-Ancelesdəki La Brea Tar Pits ərazisində Buz dövründə yaşamış və əvvəllər elmə məlum olmayan qurbağa növünü müəyyən ediblər.

Gundemxeber.org xəbər verir ki, “Spea labreae” adlandırılan yeni növə aid qalıqlar əslində 1929-cu ildə aşkar edilmişdi.

Lakin uzun illər muzey kolleksiyasında saxlanılan bu qalıqlar ətraflı şəkildə araşdırılmayıb.

Tədqiqatçılar son araşdırmalar zamanı onların ayrıca bir növə aid olduğunu müəyyənləşdiriblər.

Alimlərin sözlərinə görə, kəşf Kaliforniyanın qədim iqlimi və həmin dövrdə heyvanların yayılma arealı barədə yeni məlumatlar əldə etməyə imkan verir.

“Spea labreae”nin La Brea Tar Pits-də aşkar edilmiş ilk yeni nəsli kəsilmiş qurbağa növü olduğu bildirilir.

Gundemxeber.org

11 kiloqramlıq pişik interneti fəth etdi: İndi arıqlamağa başlayıb
ABŞ-da 11 kiloqram çəkisi olan Pumpkin adlı pişik yeni ev tapdıqdan sonra arıqlama proqramına başlayıb və onun hekayəsi sosial şəbəkələrdə böyük maraq doğurub.

Gundemxeber.org xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Pişiyin çəkisinin sağlamlığı üçün risk yaratdığı müəyyənləşdirildikdən sonra ona xüsusi qidalanma və həyat tərzi planı hazırlanıb. Yeni sahibləri onun daha aktiv olması və tədricən çəki itirməsi üçün çalışırlar.

Pumpkin-in dəyişimi artıq sosial şəbəkələrdə izləyicilərin diqqətini çəkib. Heyvansevərlər onun arıqlama prosesini addım-addım izləyirlər.

Gundemxeber.org

Bu 4 bürc diqqətli olsun - Eşq həyatında gözlənilməz dəyişiklik başlayır
Eşq, gözəllik və münasibətlər planeti hesab olunan Venera avqustun 6-da Tərəzi bürcünə keçib. Venera sentyabrın 10-dək bu bürcdə qalacaq və bu müddətdə münasibətlərdə romantika, uyğunluq və sosiallaşmaq istəyinin artacağı bildirilir.

Gundemxeber.org xəbər verir ki, astrologiyada Tərəzinin idarəçisi Venera hesab olunur və planetin bu bürcdə güclü mövqedə olduğu qəbul edilir.

Bu səbəbdən qarşıdakı həftələrdə yeni insanlarla tanış olmaq, flört etmək və münasibətləri möhkəmləndirmək üçün daha əlverişli dövrün yarana biləcəyi qeyd olunur. pizza hut

Xüsusilə avqustun 15-17-də Venera ilə Yupiter arasındakı müsbət bucaq sevgi və romantika baxımından diqqət çəkir. Avqustun 21-də isə Venera ilə Saturn arasındakı gərginlik münasibətlərdə daha ciddi söhbətlərin gündəmə gəlməsinə səbəb ola bilər.

Bu 4 bürcün eşq həyatında canlanma olacaq

Veneranın Tərəzi bürcündə hərəkəti bütün bürclərə fərqli təsir göstərə bilər. Lakin bəzi bürclər üçün sevgi və münasibətlər baxımından daha şanslı dövrün başlayacağı bildirilir.

Tərəzi: Diqqət mərkəzində olacaqsınız

Veneranın öz bürcünüzdə hərəkəti diqqətləri üzərinizə çəkə bilər. Görünüşünüzə və geyim tərzinizə daha çox önəm verə, özünüzə inamınız arta bilər.

Yeni insanlarla tanış ola, flört təklifləri ala və eşq həyatınızda daha seçici davrana bilərsiniz. Münasibəti olan Tərəzilər üçün isə romantik jestlər və xoş hadisələr ön plana çıxa bilər.

Lakin avqustun 21-i ətrafında münasibətinizlə bağlı ciddi söhbətin gündəmə gəlməsi mümkündür.

Oğlaq: Hər yerdə diqqət çəkəcəksiniz

Oğlaqlar üçün sosial həyat canlanır. Veneranın karyera və cəmiyyətdəki imiclə əlaqəli sahədə hərəkəti daha çox dəvət və sosial tədbir demək ola bilər.

Yeni insanlarla tanış olmaq istəyən Oğlaqlar üçün qarşıdakı həftələrdə müxtəlif imkanlar yarana bilər.

Əgər bir müddətdir kiminləsə flört edirsinizsə, münasibətinizi yaxın çevrənizlə bölüşmək qərarı da verə bilərsiniz.

Əkizlər: Eşq həyatında həyəcan başlayır

Əkizlər üçün Veneranın Tərəzi bürcündə hərəkəti romantik dövrün başlanğıcı kimi qiymətləndirilir.

Flört, əyləncə və eşqlə əlaqəli sahədə hərəkət edən Venera Əkizlərin cazibəsini artıra bilər. Sosial mühitlərdə daha çox vaxt keçirmək, yeni insanlarla tanış olmaq və diqqət çəkmək mümkün olacaq.

Münasibətdə olan Əkizlər üçün birlikdə səyahət etmək və ya partnyorla baş-başa daha çox vaxt keçirmək münasibətlərə müsbət təsir göstərə bilər.

Oxatan: Populyarlığınız artır

Oxatanlar da Veneranın təsiri ilə sosial həyatın ən aktiv bürclərindən birinə çevrilə bilər.

Yeni insanlarla tanış ola, dost çevrənizi genişləndirə və sosial mühitlərdə daha çox diqqət görə bilərsiniz.

Hətta dostluq kimi başlayan yaxınlıq zamanla romantik münasibətə çevrilə bilər.

Bu dövrdə necə bir partnyor istədiyinizi daha yaxşı anlamağınız da mümkündür. Yeni münasibətə başlayan Oxatanlar üçün dostluq və güclü ünsiyyət əsas rol oynaya bilər.

Gundemxeber.org

Avqustun 12-si Ümumdünya Fil Günüdür
Avqustun 12-si Ümumdünya Fil Günü kimi qeyd olunur.

Gundemxeber.org xəbər verir ki, bu gün fillərin qorunmasına diqqət çəkmək, onların üzləşdiyi təhlükələr barədə ictimaiyyətin məlumatlılığını artırmaq və bu nəhəng məməlilərin gələcək nəsillər üçün mühafizəsinin vacibliyini vurğulamaq məqsədi daşıyır. Bu gün 2012-ci ildə təsis edilib.

Fillər haqqında maraqlı faktlar:

Fillər Yer kürəsində quruda yaşayan ən böyük heyvanlarıdır. Hazırda fillərin üç əsas növü tanınır: Afrika savanna fili, Afrika meşə fili və Asiya fili. Onları xarici görünüşlərinə görə də fərqləndirmək mümkündür. Afrika fillərinin qulaqları Asiya fillərinin qulaqlarından daha böyükdür. Afrika fillərinin xortumunun ucunda iki, Asiya fillərində isə bir “barmaq” yerləşir. Onların qulaqlarının forması Afrika qitəsinin xəritəsini, Asiya fillərinin qulaqları isə Hindistan yarımadasını xatırladır.

Afrika savanna fili dünyada quruda yaşayan ən böyük heyvandır. Yetkin erkəklərin çiyin hündürlüyü 3–4 metrə, çəkisi isə 4–7 tona çata bilər. Erkək fillər tam ölçülərinə yalnız 35–40 yaşlarında çatır. Vəhşi fillərin 60–70 ilədək yaşaya bildiyini nəzərə alsaq, bu, onların ömrünün yarısından çoxunu əhatə edir. Fillərin balaları da doğulduqları andan etibarən olduqca böyük olur. Yeni doğulmuş fil balasının çəkisi 120 kiloqrama çata bilər. Dişi fillərin çəkisi isə 3–4 ton olur. Afrika meşə filləri isə daha kiçikdir: erkəklərin çiyin hündürlüyü təxminən 2–3 metr, çəkisi isə 2–4 ton arasında dəyişir. Asiya fillərinin erkək və dişilərinin çəkisi 3–5 ton arasında olur.

Fillərin ən diqqətçəkən xüsusiyyətlərindən biri onların xortumudur. Xortum həm burun, həm də üst dodağın birləşməsindən əmələ gələn olduqca çevik orqandır. Fillərin xortumunda təxminən 150 min əzələ vahidi var. Xortum məməlilər arasında ən həssas orqanlardan biri hesab olunur. Fillər onun vasitəsilə su içir, qida toplayır, müxtəlif əşyaları qaldırır, qoxuları hiss edir və ətraf mühiti araşdırırlar. Üzgüçülük zamanı isə xortumlarından nəfəs almaq üçün istifadə edə bilirlər. Fillər xortumlarına eyni anda 8 litrə qədər su çəkə bilirlər.

Fillərin xortumu, eyni zamanda, mühüm ünsiyyət və müdafiə vasitəsidir. Onlar müxtəlif səslər, bədən dili, toxunma və qoxular vasitəsilə əlaqə saxlayırlar. Bundan başqa, fillər torpaqda yayılan aşağı tezlikli titrəyişləri də hiss edə bilirlər. Bu xüsusiyyət onlara uzaq məsafələrdə olan digər fillərdən gələn siqnalları qəbul etməyə imkan verir.

Fillər yüksək sosial davranışları ilə seçilirlər. Onlar, adətən, güclü ailə bağlarının mövcud olduğu sürülərdə yaşayırlar. Sürülərin əsasını çox vaxt dişi fillər və onların balaları təşkil edir. Erkək fillər isə yetkinlik yaşına çatdıqdan sonra sürüdən ayrılaraq tək və ya digər erkəklərlə birlikdə yaşaya bilirlər.

Fillərin sosial həyatında yaddaş mühüm rol oynayır. Onların uzun illər ərzində fərdləri, su mənbələrini, qida ərazilərini və miqrasiya yollarını xatırlaya bildiyi məlumdur. Bu səbəbdən “fil heç vaxt unutmur” ifadəsi onların yaddaş qabiliyyəti ilə bağlı məşhur deyimə çevrilib.

Fillər, həmçinin emosional və oynaq davranışları ilə tanınırlar. Onların bir-birinə toxunduğu, balalarını qoruduğu, suda oynadığı və müxtəlif əyləncəli hərəkətlər etdiyi müşahidə olunur. Sürü üzvləri arasında güclü emosional bağlar yaranır və fillər digər sürü üzvlərinin vəziyyətinə həssas reaksiya verirlər.

Fil balaları da doğulduqdan qısa müddət sonra hərəkət etmək qabiliyyətinə malik olur. Balalar təxminən 20 dəqiqə ərzində ayaq üstə dura, 1 saat ərzində isə yeriyə bilirlər. Bu, sürünün qida və su axtarışında hərəkətini davam etdirməsi baxımından mühüm üstünlükdür.

Fillərin daha bir fərqləndirici xüsusiyyəti dişləridir. Filin dişləri əslində böyümüş kəsici dişlərdir və ömür boyu böyüməyə davam edir. Fillər onlardan ağacların qabığını qoparmaq, torpağı qazmaq, qida əldə etmək və təhlükə zamanı müdafiə olunmaq üçün istifadə edirlər.

Fillər çox böyük miqdarda qida qəbul edirlər. Onların qidasına otlar, yarpaqlar, budaqlar, ağac qabıqları, meyvələr və köklər daxildir. Quraqlıq dövründə isə ağac və kolların daha sərt hissələri ilə qidalanırlar. Fillər gün ərzində 150 kiloqrama qədər qida qəbul etməlidirlər. Günün böyük hissəsini qida axtarmağa və yeməyə sərf edən fillər bununla yanaşı, su mənbələrinin axtarışında uzun məsafələr qət edə bilirlər.

Bu xüsusiyyət fillərin ekosistemlərdəki rolunu da artırır. Onların ağacları aşması, bitkilərlə qidalanması, toxumları müxtəlif ərazilərə yayması və torpağı hərəkətə gətirməsi digər canlıların da yaşaması üçün şərait yaradır. Məsələn, Afrika meşə filləri bəzi tropik meşə ağaclarının toxumlarının yayılmasında mühüm rol oynayır. Savanna fillərinin fəaliyyəti isə açıq savanna və meşəlik ərazilərin formalaşmasına təsir göstərir.

Bununla belə, fillərin təbii yaşayış mühiti getdikcə daralır. İnsan məskənlərinin, kənd təsərrüfatı sahələrinin və müxtəlif infrastruktur obyektlərinin genişlənməsi onların ənənəvi miqrasiya yollarını parçalayır. Nəticədə fillər qida və su mənbələrinə çatmaqda çətinlik çəkir.

Brakonyerlər hər il təxminən 20 min fili dişlərinə görə öldürürlər

Fil dişlərinin hazırlandığı fil sümüyünə yüksək tələbat bu heyvanların üzləşdiyi ən ciddi təhlükələrdən birinə çevrilib. Brakonyerlik nəticəsində xüsusilə böyük dişlərə malik fillərin öldürülməsi onların populyasiyalarına və genetik müxtəlifliyinə mənfi təsir göstərir. WWF-nin məlumatlarına görə, bəzi Afrika meşə fili populyasiyalarında son onilliklərdə kəskin azalmalar qeydə alınıb. Son bir əsrdə Afrika fillərinin təxminən 90 faizi, əsasən, fil sümüyü ticarəti səbəbindən məhv edilib. Hazırda vəhşi təbiətdə təxminən 415 min Afrika filinin qaldığı təxmin edilir.

Asiya filləri də ciddi təhlükə altındadır. Son üç nəsil ərzində onların sayı ən azı 50 faiz azalıb. Hazırda vəhşi təbiətdə cəmi 48 –52 min Asiya filinin qaldığı təxmin edilir. Fil sümüyünün əldə olunmasının əsl nəticələri barədə məlumatlılığın artmasına baxmayaraq, hesablamalara görə, brakonyerlər hələ də hər il təxminən 20 min fili dişlərinə görə öldürürlər.

Bu miqyasda ovlanma fillərin genetikasına belə təsir göstərə bilər. Vəhşi təbiətdə getdikcə daha çox fil daha kiçik dişlərlə, hətta dişsiz doğulur. Bunun səbəblərindən biri, böyük dişlərə malik fillərin brakonyerlər tərəfindən öldürülərək genofonddan çıxarılmasıdır.

Fillər turizm və əyləncə sənayesində də istismara məruz qala bilirlər. Onların üzərinə minilməsi, müxtəlif nümayişlərdə çıxış etməyə məcbur edilməsi və bəzi turistik fəaliyyətlərə cəlb olunması heyvanların rifahı ilə bağlı narahatlıqlar doğurur. Təbiəti mühafizə təşkilatları fillərlə bağlı turizm fəaliyyətlərinin onların təbii davranışlarına və rifahına zərər verməməsinin vacibliyini vurğulayırlar.

İqlim dəyişiklikləri də fillərin yaşayış mühitinə əlavə təzyiq yaradır. Temperaturun yüksəlməsi, quraqlıq və su ehtiyatlarının azalması onların qida və suya çıxışını çətinləşdirə bilər.

Fillərin qorunması üçün brakonyerliyə və qanunsuz vəhşi təbiət ticarətinə qarşı mübarizənin gücləndirilməsi, təbii yaşayış ərazilərinin və miqrasiya dəhlizlərinin qorunması, insan-fil qarşıdurmasının azaldılması və yerli icmaların mühafizə prosesinə cəlb edilməsi mühüm əhəmiyyət daşıyır.

Ümumdünya Fil Günü bu nəhəng heyvanların yalnız təbiətin ən möhtəşəm canlılarından biri olmadığını, həm də ekosistemlərin sağlamlığında mühüm rol oynadığını xatırladır. Fillərin qorunması onların öz gələcəyi ilə yanaşı, yaşadıqları meşələrin, savannaların və həmin ekosistemlərdən asılı olan çoxsaylı digər canlı növlərinin də gələcəyinin qorunması deməkdir.

Gundemxeber.org

Bu gündən... üç BÜRC yeni dəyişiklik dövrünə qədəm qoyacaq
Avqustun 11-də üç bürc üçün əhəmiyyətli bir dəyişiklik dövrü başlaya bilər.

Astroloqlar bunu Marsın Şimal düyünə üçlüyü ilə əlaqələndirirlər - astroloji təfsirə görə, bu aspekt qətiyyəti artırır, daha cəsarətli hərəkət etməyə kömək edir və yeni imkanları tanıyır.

Bu gün, uzun müddətdir həyatlarını dəyişdirməyi planlaşdıran, lakin qətiyyətli addımı təxirə salan insanlar üçün xüsusilə vacib ola bilər. Astroloqlar hesab edirlər ki, indi daha az tərəddüd edib daha çox hərəkət etməyin vaxtıdır.

Qoç

Qoç özünəinam və enerji artımı hiss edəcək. Mars bu bürcə hakimdir, ona görə də onun Şimal düyünə uyğunlaşması onların istəklərinə çatmaq üçün səylərini gücləndirə bilər.

Avqustun 11-də Qoç nümayəndələri xüsusilə vacib hesab etdikləri məqsədlərə diqqət yetirməlidirlər. Astroloqların fikrincə, özünəinam Qoçlara yeni imkanlara doğru növbəti addımı atmağa kömək edəcək.

Xərçəng

Xərçəng bürcləri gözlənilməz bir fürsətlə qarşılaşa bilər -  avqustun 11-də vəziyyət onları vacib bir qərara və ya yeni bir işə sövq edə bilər.

Əsas məsələ şübhələrə çox vaxt sərf etməməkdir. Həqiqətən ümidverici görünən bir fürsət yaranarsa, astroloqlar bunu nəzərə almağı və hərəkət etməkdən çəkinməməyi məsləhət görürlər.

Dolça

Dolçalar seçim qarşısında qala bilərlər: planlaşdırmağa davam etmək və ya nəhayət hərəkətə keçmək. Bu bürcün nümayəndələri tez-tez öz imkanlarını yaratmağa üstünlük verirlər və   avqustun 11-də bu strategiya xüsusilə təsirli ola bilər.

Astroloqlar Dolçalara əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcək fikirləri təxirə salmamağı məsləhət görürlər. Uzun müddətdir planlaşdırılan bir iş ümidverici görünürsə, ilk addımı atmağa və ideal şəraiti gözləməyə dəyər.

Gundemxeber.org

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb
Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb.

Gundemxeber.org xəbər verir ki, bu barədə İtaliya Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, son illərin ən vacib sualtı arxeoloji kəşflərindən biridir: “Mazara del Vallo kommunası yaxınlığında baş verən gəmi qəzası bizə Aralıq dənizini sivilizasiyaların kəsişməsinə çevirən insanlar, marşrutlar və mübadilələr haqqında məlumat verir. Tədqiqatlar həmin dövrün tarixini açmağa və cəmiyyətə çatdırmağa davam edəcək".

Yüzlərlə amfora (səhəngəbənzər saxsı qab) daşıyan gəmi iki qurğuşun lövbər və eyni materialdan hazırlanmış başqa bir konstruksiya ilə birlikdə 46 metr dərinlikdə tapılıb. Alimlərin fikrincə, tapıntılar eramızdan əvvəl II-I əsrlərə aiddir.

Gundemxeber.org

Siçanların nifrət etdiyi yeganə qoxu
Siçanların dam, zirzəmi, qaraj və anbar kimi sahələrə doluşmasına qarşı təbii mübarizə üsulları ön plana çıxır.

Gundemxeber.org xəbər verir ki, mütəxəssislər kimyəvi dərmanlara və ya tələlərə əl atmazdan əvvəl istifadə olunmuş pişik qumunun təsirli bir çəkindirici olaraq istifadə oluna biləcəyini bildiriblər.

Ovçu qoxusu gəmiriciləri əlçatmaz yerlərə sürükləyir

Gəmiricilərin olduqca inkişaf etmiş qoxu bilmə duyğusuna sahib olduğu məlumdur. Üsul siçanların təbii ovçuları olan pişiklərin qoxusunu hiss edərək həmin bölgələrdən uzaq durması prinsipinə əsaslanır. Mütəxəssislər tətbiqin həyata keçirilməli olduğu mərhələləri sıralayıblar:

Bir miqdar istifadə olunmuş pişik qumu coraba və ya parça torbaya qoyularaq tökülməyəcək şəkildə möhkəm bağlanır.

Hazırlanan torbalar dam, zirzəmi, qaraj, kompost sahəsinin ətrafı ilə binalara giriş təmin edə biləcək deşik və çatlar yaxınlığına yerləşdirilir.

Üsulun təsirini itirməməsi üçün pişik qumunun bir neçə gündən bir yenilənməsi lazımdır.

Otaqların içinə çoxdan yerləşmiş gəmirici qrupları üçün bu üsulun tək başına həll təqdim etməyə biləcəyi ifadə edilib. Binalardakı giriş boşluqlarının bağlanması, qidaların əlçatmaz şəkildə qorunması və qida mənbələrinin aradan qaldırılması lazım olduğu vurğulanıb.

Gundemxeber.org

Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
Pankreas xərçəngi erkən mərhələdə nəzərə çarpan şikayətlərə səbəb olmadığı üçün diaqnozu ən çətin xərçəng növləri arasında göstərilir. Mütəxəssislər xəstəliyin çox vaxt irəliləyənə qədər hiss olunmadığını bildirərək, xüsusilə uzun müddət davam edən bəzi əlamətlərin laqeyd yanaşılmamasını vurğulayırlar.

Gundemxeber.org xəbər verir ki, pankreas bədənin dərin hissəsində yerləşdiyi üçün şiş uzun müddət böyüməsinə baxmayaraq hiss olunmaya bilər. Buna görə də xəstəliyin ilk əlamətləri çox vaxt mədə narahatlığı, həzm problemi və ya əzələ ağrısı kimi daha geniş yayılmış problemlərlə qarışdırılır. Bu vəziyyət erkən diaqnozu çətinləşdirərkən, müalicə seçimlərini də məhdudlaşdıra bilər.

Mütəxəssislərin diqqət çəkdiyi əlamətlər arasında xüsusilə aşağıdakı şikayətlər önə çıxır:

Daimi və ya təkrarlanan qarın ağrısı

Belə doğru yayılan ağrı

Səbəbi izah edilməyən çəki itkisi

İştahsızlıq

Həzm pozğunluğu və köp

Yağlı nəcis və ya həzm problemləri

Daimi halsızlıq

Ürək bulanma

Bu əlamətlər tək başına pankreas xərçəngi demək olmasa da, uzun müddət davam etməsi halında mütləq bir səhiyyə müəssisəsinə müraciət etmək tövsiyə olunur.

Sarılıq ən vacib işarələrdən biridir

Mütəxəssislərin fikrincə, xüsusilə dəridə və göz ağlarında saralma, tünd rəngli sidik və açıq rəngli nəcis kimi əlamətlər pankreas bölgəsindəki tıkanıklığın xəbərçisi ola bilər. Belə şikayətlər ortaya çıxdıqda vaxt itirmədən həkimə müraciət etmək lazım olduğu qeyd edilir.

Kimlər daha yüksək risk altındadır?

Mütəxəssislər siqaret çəkənlər, xroniki pankreatit xəstələri, 2-ci tip diabeti olan şəxslər, irəli yaş qrupunda olanlar və ailəsində pankreas xərçəngi hekayəsi olan fərdlərdə riskin daha yüksək olduğuna diqqət çəkirlər. Sağlam qidalanma, siqaretdən uzaq durma və müntəzəm sağlamlıq yoxlamalarının riskin azaldılmasına töhfə verə biləcəyi ifadə olunur.

Pankreas xərçəngi həmişə əlamət verməyə bilər və bu əlamətlərin böyük hissəsi fərqli xəstəliklərdə də müşahidə oluna bilər. Ancaq həftələrlə davam edən, səbəbi izah edilməyən şikayətlərin laqeyd yanaşılmaması böyük əhəmiyyət daşıyır. Mütəxəssislər erkən dianozun müalicə uğurunu artıran ən vacib amillərdən biri olduğunu vurğulayırlar.

Gundemxeber.org

Avtomobili park edərkən musiqi səsini azaldırsınızsa, psixoloji açıqlaması var
Avtomobil idarə edərkən bir çox insanın fərqində olmadan etdiyi kiçik bir hərəkətin arxasında beyinin işləmə şəkli dayanır. Xüsusilə geriyə doğru park edərkən, tıxacda hərəkət edərkən və ya yad bir ərazidə ünvan axtararkən sürücülərin radionu söndürməsi və ya səsini azaltması təsadüf deyil. Mütəxəssislərə görə bu davranış beyinin diqqəti ən vacib vəzifəyə yönəltmək üçün inkişaf etdirdiyi təbii müdafiə mexanizmidir.

Gundemxeber.org xəbər verir ki, alimlər beyinin görmə, eşitmə, toxunma, qoxu və dad kimi fərqli duyğulardan gələn məlumatları eyni anda emal edə bildiyini, lakin birdən çox mürəkkəb vəzifəyə eyni səmərəliliklə diqqət yetirə bilmədiyini qeyd edirlər. "Review HAK" nəşrində yer alan məlumata görə, sürücü geriyə park etmə, güclü yağış altında avtomobil idarə etmə və ya sıx şəhər trafikində irəliləmə kimi diqqət tələb edən vəziyyətlərlə qarşılaşdıqda, beyin avtomatik olaraq ən kritik vəzifəyə üstünlük verir.

Ona görə də bir çox sürücü fərqində belə olmadan radionun səsini azaldır və ya avtomobil içindəki söhbəti ikinci plana atır. Beləliklə, beyin diqqəti yayındıran səsləri azaldaraq ətrafdakı maneələri qiymətləndirməyə, məsafəni hesablamağa və avtomobili təhlükəsiz şəkildə istiqamətləndirməyə daha çox diqqət yetirə bilir.

Mütəxəssislər insanların əslində eyni anda birdən çox mürəkkəb iş görmədiyini, diqqətlərini çox sürətli şəkildə vəzifələr arasında dəyişdirdiklərini ifadə edirlər. Emal edilməli olan məlumat miqdarı artdıqca səhv etmək riski də yüksəlir. Buna görə də diqqəti yayındıran ünsürləri azaltmaq beyinin təhlükəsizliyi artırmağa yönəlmiş tamamilə təbii bir refleksi olaraq qiymətləndirilir.

Gundemxeber.org