GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Özbaşnalıq: Xəstələrin Yemək Pulu Yeyilir, Pulsuz Səhiyyə Xidmətləri Satılır - İDDIA

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Özbaşnalıq: Xəstələrin Yemək Pulu Yeyilir, Pulsuz Səhiyyə Xidmətləri Satılır - İDDIA

Tarix: Bu gün, 07:13 Bölmə :Manşet / GündəmXəbər Baxış: 2

 

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında vəziyyət acınacaqlı həddə çatıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən pensiyaya çıxdıqdan sonra, təxminən iki ildir ki, xəstəxanaya direktor təyin olunan Sayiq Səmədovun idarəçiliyi tibb müəssisəsini faktiki olaraq həbsxana rejiminə salıb.

Gundemxeber.org-a axil olan məlumatlara görə, rəhbərliyin qanunsuz əməlləri səbəbindən tibb ocağında ciddi problemlər tüğyan edir.

Xəstələrə ayrılan yemək pulları mənimsənilir, yatan xəstələrə demək olar ki, qida verilmir. Hətta şəkər xəstələrinə vacib olan sistemlər və lazımi dərmanlar çatışmır, təcili yardımlarda tibbi ləvazimatlar tapılmır. Bununla yanaşı, kənd tibb məntəqələrinə (Söyüdlü, Gərgər, Miskinli, Çanaqçı, Niyaabat və s.) ayrılan vəsaitlər də sənəd üzərində yazılaraq mənimsənilir.

Xəstəxananın qapısından içəri girən hər bir vətəndaşdan pul tələb olunur. Arayışların verilməsi 50 manat, iynə vurulması 5 manat, sistem qoyulması isə 12 manata başa gəlir. Həmçinin, xəstəxanada doğum üçün 300 manat, abort üçün isə 500 manat "zəhmət haqqı" alındığı bildirilir. Doğuşa gələn qadınlar "ödəniş" tutulduğu üçün saxlanılsa da, qəza və digər ağır ağırlaşmalarla gələn təcili xəstələr, hətta rayon daxilində qeydiyyatda olanlar belə müayinə edilmədən evlərinə, yaxud Şəmkir və Gəncə xəstəxanalarına göndərilir. Xəstələrin adına formal olaraq qida və dərman yazılsa da, özləri başqa şəhərlərə üz tutmalı olurlar.

Xəstəxanada rentgen və UZİ aparatları lazımi səviyyədə çalışmır, ehtiyac olduqda Şəmkirdən həkimlər dəvət edilir. Hərbi xidmətə gedən yüzlərlə gənc "sağlamlıq kağızı" almaq üçün günlərlə əziyyət çəkir. Kənd məntəqələrində həkim tapılmadığı üçün rayon mərkəzinə gələn sakinləri müayinə edən olmadığı üçün, 103 Təcili Tibbi Yardım avtomobilləri gecə-gündüz Şəmkir və Gəncə yollarında qalır.

Direktorun sürücüsü olan Röyal adlı şəxsin xidməti avtomobilinə qanunsuz yanacaq yazdırdığı və xəstəxananın qarşısında "Nur" kafesini işlətdiyi iddia olunur. Direktorun özü isə xidməti işlərini həkimlərin şəxsi avtomobilləri ilə həyata keçirir.

Yaranmış dözülməz şəraitə, hədə-qorxulara görə tibb heyəti boğaza yığılıb. Təcrübəli həkimlər işdən ayrılaraq digər bölgələrə köçür və ya təqaüdə çıxırlar. Vətəndaşların şikayəti əsasında direktora sorğu-sual edən mətbuat nümayəndələri isə xəstəxanadan qovulur.

2024-cü ildə Prokurorluq və Maliyyə Nazirliyinin yoxlamalarından sonra yeyintilərə görə işdən azad edilən keçmiş direktor Firdovsi Sarıyevin öncə Gərgər kənd məntəqəsinə müdir, indilərdə isə Təcili Yardım Şöbəsinə həkim kimi qaytarılması narazılıqları daha da artırıb.

Məlumata görə, Sayiq Səmədov bu özbaşınalıqları hazırda Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyevlə olan yaxınlığına arxalanaraq həyata keçirir. Pensiyada ola-ola həm dövlətdən təqaüd, həm də xəstəxanadan yüksək məvacib alan direktorun tutduğu əməllər Gədəbəy əhalisini cana doydurub.

Sakinlər və tibb heyəti Aidiyyəti Dövlət Qurumlarından və Hüquq-Mühafizə Organlarından Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təcili və əsaslı yoxlamaların aparılmasını tələb edirlər.

 Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Hətta xəstələrə verilən yeməyi həkim və tibb işçiləri özləri yeyirdi." - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında özbaşınalıqdan şikayət VİDEO

    "Hətta xəstələrə verilən yeməyi həkim və ...

    19-12-2019, 16:45

  • 
  • Beyləqanda etiraz: insulin şəkər xəstələrinə pulla satılır

    Beyləqanda etiraz: insulin şəkər xəstələrinə ...

    29-03-2017, 14:19

  • 
  • Ağsu xəstəxanasında rəzalət: Xəstələrə baxan yoxdur

    Ağsu xəstəxanasında rəzalət: Xəstələrə baxan ...

    27-01-2020, 13:55

  • 
  • Bərdə səhiyyəsində 83 min manat dəftərxana korrupsiyası

    Bərdə səhiyyəsində 83 min manat dəftərxana ...

    19-02-2015, 23:00

  • 
  • Gədəbəy MRX-dan daha bir xəbər

    Gədəbəy MRX-dan daha bir xəbər ...

    11-11-2016, 17:37


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (381)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu