Gundemxeber.az » Manşet » Qazaxda 126 illik tarixi mülk qalmaqalı: Şəxsi obyektə çevrilir, sakinlərə təzyiq olunur? - VİDEO
Qazax şəhəri, Murtuz Carçıyev küçəsi 20 ünvanında yerləşən 1900-cü ilə aid tarixi yaşayış binası uçulub sıradan çıxmaq təhlükəsi ilə üz-üzədir. 126 illik memarlıq nümunəsinin qanunsuz olaraq kommersiya obyekti və qızıl dükanlarına çevrilməsi sakinlərin kəskin etirazına səbəb olub.
Bitişik divarlar sökülür, təhlükəsizlik təhdid edilir
Şikayətçi Sara Nəcəf Rəşidinin sözlərinə görə, dörd mənzilli binanın böyük hissəsi saxta sənədlərlə ayrı-ayrı şəxslərə satılaraq iaşə obyektlərinə çevrilib. Ümumi dam örtüyünə malik tikilidə ara divarlarının sökülməsi və fasadın dəyişdirilməsi binanın ümumi konstruksiyasına ağır zərbə vurur. Qanunsuz yenidənqurma nəticəsində səs izolyasiyası tamamilə pozulub — dükanlardakı bütün danışıqlar birbaşa mənzillərin içində eşidilir.
Mülkiyyət Məcəlləsinin tələblərinə görə, fərdi yaşayış sahəsinin iaşə obyektinə çevrilməsi üçün bitişik mülk sahibinin yazılı razılığı mütləqdir. Lakin şikayətçi belə bir razılığın olmadığını bildirir.
Mənzil Kommunal Təsərrüfatından şübhəli akt və imzalatma cəhdi
Əraziyə baxış keçirən Mənzil Kommunal İstismar Sahəsinin rəisi Mahmud Mirzəyev və komissiya üzvləri aparılan irimiqyaslı söküntü-tikinti işlərini yalnız "adi təmir" kimi qələmə alıblar. Sakinin iddiasına görə, komissiya qonşuya heç bir ziyan dəymədiyini iddia edən aktı ona təzyiqlə imzalatmağa çalışsa da, sakin bu qanunsuzluğa imza atmaqdan imtina edib.
Saxtakarlıq və məmur himayəsi iddiası
Yaranmış problemin kökündə duran əsas məqamlardan biri mülkiyyətin mənimsənilməsi iddiasıdır. Şikayətçi bildirir ki, mənzillərdən biri əvvəlki sahibinin gözdən əlil olmasından istifadə edilərək saxta yolla özgəninkiləşdirilib və daha sonra hissə-hissə satılaraq obyektlərə çevrilib.
Rəsmi müraciətlərdən sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məsələnin araşdırılması üçün birinci müavini Məmməd Əliyevə tapşırıq verib. Lakin sakin iddia edir ki, Məmməd Əliyev obyekt sahiblərini açık-aşkar himayə edir və İcra başçısına tərəflərin güya razılığa gəldiyi barədə yalan məlumatlar ötürür.
"Məsələni rayondan kənara çıxarma, özümüz həll edəcəyik"
Sakin ölkə rəhbərliyinə müraciət etmək üçün qeydiyyata düşdükdən sonra müavin Məmməd Əliyevin şəxsən onların həyətinə gələrək məsələni yuxarı orqanlara qaldırmamağı xahiş etdiyini bildirir. Lakin verilməsinə baxmayaraq, 5 ay ərzində heç bir praktiki addım atılmayıb və 126 illik binanın qanunsuz istismarı davam edir.
Sakinlər aidiyyəti dövlət qurumlarından bu qanunsuzluğun dayandırılmasını və tarixi binanın mühafizə olunmasını tələb edirlər.
P.S. Gundemxeber.org redaksiyası olaraq, yazıda adıçəkilən şəxslərin və yerli icra hakimiyyətinin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.
10-07-2013, 00:38
20-02-2016, 11:52
7-07-2017, 19:43
8-02-2019, 12:38
28-01-2015, 00:54
Sorğu
Yeni dizaynımız necədir?