Gundemxeber.az » Manşet » Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış
10.09.2026, 12:30İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobilləri bir müddət əvvəl hərracda satılıb.
Gundemxeber.org Xitab24.az-a istinadla xəbər verir ki, “Range Rover” və “BMW 740İ” markalı avtomobilləri alan şəxs elə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevdir. O, iki avtomobil üçün 53500 manat ödəyib.
Qeyd edək ki, daha əvvəl 90 KH 900 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili Məhəmməd Hacıyevin özü, digər maşını isə anası Cülyetta İbrahimova idarə edib.
Xatırladaq ki, Məhəmməd Hacıyev vaxtilə Qubadlı Rayon Prokurorluğunun müstəntiqi olub. O, atasının həbsindən sonra işdən çıxarılıb.
21-05-2026, 11:09
22-12-2019, 16:39
25-07-2022, 15:14
20-04-2021, 14:31
25-06-2020, 13:22
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?