GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanın gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır

Azərbaycanın gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır

Tarix: 9-09-2026, 15:56 Bölmə :Manşet Baxış: 127

 

Ortada strateji bir sual var: 

Hazırki təhsil sistemi Azərbaycanın gələcəyinə hazırlaşdırılır, yoxsa Azərbaycan gələcəyini Emin Əmrullayevin rəhbərlik etdiyi bu təhsil sisteminə uyğunlaşdırmağa məhkum olmuşuq?

II Qarabağ Müharibəsindən sonra Azərbaycanın dünyaya, dünyanın da Azərbaycana münasibətində əhəmiyyətli dəyişikliklər baş verib.  Azərbaycan artıq başqa mərhələdədir. Qarşıda yeni reallıqlar, yeni çağırışlar və yeni strateji hədəflər var. Belə bir mərhələdə dövlətin strateji hədəflərinə ağır zərbə vuran şəxslərin hələ də qərarverici postlarda qalması nə dərəcədə məqsədəuyğundur? Daha dəqiq ifadə etsək, Emin Əmrullayevin nazir olaraq qalması bu dövlətin strateji hədəflərə cavab verirmi?

Köhnə qvardiyanın üsulları qalır, sadəcə dil, geyim və terminologiya dəyişib

Müşahidələr göstərir ki, bu gün dövlətlər ilk növbədə gələcək uğrunda mübarizə aparır, təhsil sistemlərini yenidən qururlar. Azərbaycanda isə təhsil sistemində yüksək vəzifələr tutan şəxslərin əsas hədəfi dövlətin gələcəyini qurmaqdan daha çox, dövlət büdcəsindən mümkün qədər pay götürməkdir. Köhnə komandanın zamanında kustar üsullarla həyata keçirilən talama əməlləri bu gün tender, müqavilə və satınalma adı altında daha müasir, daha səliqəli və daha qanuni görüntüyə salınır.

Üzdə müasirlik, innovasiya, beynəlxalq təcrübə və ingilis dili var, arxasında isə köhnə düşüncə, köhnə maraqlar və dövlət vəsaitinə münasibətdə köhnə yanaşma dayanır. Köhnə qvardiyanın üsulları qalır, sadəcə onları həyata keçirənlərin dili, geyimi və terminologiyası dəyişib.

Bu yeni simalar köhnələrindən daha təhlükəlidirlər. Çünki köhnələr nə etdiklərini gizlətməyə belə ehtiyac duymurdular, bunlar isə bütün etdiklərini müasir idarəçilik, innovasiya və beynəlxalq təcrübə pərdəsi altında həyata keçirə bilirlər.

Emin Əmrullayevin təmsil olunduğu çevrənin Azərbaycan təhsil sisteminə nəzarət etməyə başlamasından artıq 13 il keçir. Bu, az müddət deyil. Bir nəslin formalaşması üçün kifayət qədər uzun zamandır. Deməli, bu müddət ərzində bütöv bir təhsil siyasəti həyata keçirilib, bir nəsil həmin sistemin içindən keçib. İndi isə növbəti nəslin yetişməsindən artıq 2 il ötür.

Emin Əmrullayevin 5 ili: nəticə haradadır?

Emin Əmrullayev beş ildən artıqdır ki, təhsil naziridir. Beş ildən sonra isə cəmiyyət hələ də eyni problemləri eşidir, eyni narazılıqları yaşayır. Daha təhlükəlisi isə odur ki, nazir təhsildəki problemlərin məsuliyyətini getdikcə daha çox ailələrin, valideynlərin və şagirdlərin üzərinə qoyur. Bəs nazirliyin məsuliyyəti haradadır, sənin heç bir məsuliyyətin yoxdurmu?

Nazir beş ildən artıqdır bu vəzifədədir və dünən özü rəhbərlik etdiyi sistemin nəticəsini faktiki olaraq etiraf edib. Üstəlik, onun öz açıqlamasına görə, problem 2030-cu illərə qədər davam edə bilər.

Ümumiyyətlə, belə bir düşüncə sahibi o postda nə gəzir? Tam məsuliyyətlə deyirəm, təhsil sisteminə heç bir aidiyyəti olmayan FHN rəhbəri Kəmaləddin Heydərov Təhsil naziri qoyulsa, uzağı 1 ildən sonra nəinki hər bir şagird, hətta hər bir valideyn hansısa çox müsbət dəyişiklikləri öz evində hiss edəcək?

Siz hansı statistikaya, hansı elmi araşdırmaya, hansı metodologiyaya əsaslanaraq deyirsiniz ki, üç nəfərdən ikisi oxuduğunu anlamır? Bəlkə də bu rəqəm doğrudur. Amma əgər belədirsə, bu statistika ilk növbədə təhsil sisteminin özünə verilən qiymət və sənin bərbad nazir faliyyətinin ifşasıdır.  Özün-özünü ifşa edirsən.  

Şagirdin oxuduğunu anlamamasına görə yalnız ailəni günahlandırmaq ən asan yoldur. Təhsil sisteminin rəhbəri isə asan yolu seçmək üçün deyil, problemin kökünü tapmaq və həll etmək üçün həmin postda oturur. Əgər üç nəfərdən ikisi oxuduğunu anlamırsa, beş ildən artıqdır nazir olan şəxsin ilk növbədə özünə verməli olduğu sual budur: mən nə etmişəm ki, bu nəticə dəyişməyib?

Emin Əmrullayev əziyyət çəkib bu halların da statistikasını açıqlasın:

Məsələn, ötən bir ildə neçə xarici diplom tanınıb və bu prosesdən ümumilikdə nə qədər vəsait əldə olunub? Bir diplomun tanınması üçün vətəndaşdan 15-20 min manat pul tələb olunur. Bu prosesdən qədər vəsait qazanıb və diplomu tanınan şəxslərin neçəsi oxuduğunu anlayır? 

Bundan başqa, məktəb direktorlarının təyinatı ilə bağlı statistika açıqlasın. Desin görək, ötən il neçə direktor təyin olunub? Neçəsi müsabiqə ilə, neçəsi pulla? Direktor vəzifəsinin qiyməti nə qədərdir? 

Cəmiyyətə statistika oxumaq asandır. Təhsil nazirinin əsas vəzifəsi uğursuz nəticəni ailənin üzərinə atmaq deyil. Əsas vəzifə həmin nəticəni yaradan sistemin məsuliyyətini daşımaqdır. Belə bir məsuliyyəti danışa bilmirsənsə, get, başqa işlərlə məşğul ol. Təhsil sahəsi bacarıqsız adamlardan zorla bacarıqlı kadr düzəltmək üçün laboratoriya deyil. 

Müəllif: Samir Feyruzov

Gundemxeber.org

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Emin Əmrullayevin GECİKƏN ƏMRİ... - Tələbələr NARAZIDIR...

    Emin Əmrullayevin GECİKƏN ƏMRİ... - Tələbələr ...

    2-07-2021, 11:25

  • 
  • Emin Əmrullayev köhnə eşalonun kadrıdır? - İDDİA

    Emin Əmrullayev köhnə eşalonun kadrıdır? - İDDİA ...

    5-12-2020, 17:28

  • 
  • Savaşdan sonra milli təhlükəsizlik gündəmdə: - “Bu sənəd yenilənməlidir”

    Savaşdan sonra milli təhlükəsizlik gündəmdə: - ...

    24-12-2020, 12:47

  • 
  • Emin Əmrullayev də köhnə üsullarla işləyir... - İDDİA

    Emin Əmrullayev də köhnə üsullarla işləyir... - ...

    22-12-2020, 10:47


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (381)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu