Gundemxeber.az » Manşet » Goranboyda rezonans doğuran iddialara sabiq direktordan cavab: “Mövqeyimi açıqlayıram”
Goranboy şəhər 2 saylı tam orta məktəbin sabiq direktoru İlhamə Qasımova redaksiyamıza müraciət edərək, barəsində səsləndirilən iddialara cavab verib.
Xatırladaq ki, saytımızın ötən buraxılışında sosial şəbəkələr üzərindən əldə etdiyimiz məlumat əsasında “Məktəbdə Şok Vandalizm: İşdən Çıxarılan Direktor Tualet Avadanlıqlarını Evinə Apardı – Goranboyda Rezonans Doğuran Hadisə” başlıqlı məqalə dərc olunmuşdu.
Qarşı tərəfin mövqeyini təmin etmək və media etikası prinsiplərinə uyğun olaraq, İ.Qasımovanın cavab mətnini olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
"Mənim haqqımda yayılan əsassız iddialara cavab
Son günlər bəzi sosial şəbəkə səhifələrində və xəbər resurslarında mənim haqqımda həqiqəti əks etdirməyən, şəxsi və peşəkar nüfuzuma xələl gətirən müxtəlif iddialar yayılır.
Bildirirəm ki, həmin məlumatların həqiqətə uyğunluğu yoxdur. Mən uzun illər təhsil sahəsində çalışmış, üzərimə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirmişəm. Fəaliyyətim dövründə məktəbin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin təhlükəsizliyi istiqamətində əlimdən gələn bütün işləri görmüşəm.
Kiminsə mənim haqqımda hər hansı iddiası varsa, bunu sosial şəbəkələrdə deyil, qanun qarşısında sübut etməlidir. Əks halda, heç kimin mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma xələl gətirən məlumatlar yaymasına haqqı yoxdur.
Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və yayılan məlumatların hüquqi qiymətinin verilməsini gözləyirəm.
Mən heç kimlə şəxsi qarşıdurma aparmaq niyyətində deyiləm. Həqiqətin ortaya çıxacağına və əsassız ittihamların hüquqi müstəvidə öz qiymətini alacağına inanıram.
Bundan sonra mənim haqqımda məlumat yayan hər bir şəxsə çağırışım budur: iddianız varsa, sübut edin. Sübut edə bilmirsinizsə, insanların şərəf və ləyaqətinə toxunan əsassız məlumatlar yaymayın.
Həqiqət gec-tez üzə çıxır. Qanun qarşısında isə hər kəs məsuliyyət daşıyır."
Gundemxeber.org
https://gundemxeber.com/manshet/101695-goranboyda-rezonans-doguran-iddialara-sabiq-direktordan-cavab-movqeyimi-aciqlayiram.html
3-09-2026, 20:10
1-09-2026, 15:07
23-07-2013, 23:13
20-10-2015, 16:29
31-10-2019, 10:48
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?