Gundemxeber.az » Manşet » Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işdənçıxarmalar: Şöbə rəisi də vəzifəsindən azad edilib
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov vəzifəsindən azad edilib. Redaksiyamıza daxil olan son məlumatlara görə, F.İbrəhimov idarədə işdən çıxarılan yeganə əməkdaş deyil.
Mötəbər mənbənin gundemxeber.org-a bildirdiyinə görə, idarənin daha bir neçə əməkdaşı, o cümlədən Kadastr şöbəsinin rəisi Kənan adlı şəxs də işdən kənarlaşdırılıb.
Qeyd olunur ki, şöbə rəisinin işdən çıxarılmasına fəaliyyətində yol verdiyi kobud nöqsanlar səbəb olub. Bununla yanaşı, həmin şəxsin adının torpaq qalmaqallarında hallandığı iddia edilir. Məlumata görə, onun Xırdalanın "Quşçuluq" ərazisində, Saray qəsəbəsində və bu istiqamətdəki magistral yolların kənarında çoxsaylı torpaq sahələrini mənimsəyərək yaxınlarının adına sənədləşdirdiyi bildirilir.
Səsləndirilən iddialar hələlik qeyri-rəsmi xarakter daşısa da, aidiyyəti qurumların artıq bu istiqamətdə araşdırmalara başladığı qeyd olunur. Yaxın günlərdə aparılan yoxlamaların nəticələri bəlli olacaq və iddiaların nə dərəcədə doğru olduğu üzə çıxacaq.
Hələlik isə məlum olan yeganə fakt Kadastr şöbəsinin rəisinin işdən azad olunmasıdır ki, bu da öz növbəsində idarədəki proseslərin miqyasından xəbər verir.
Ardı var...
Gundemxeber.org
25-06-2020, 11:41
20-02-2015, 12:57
4-05-2014, 11:19
26-10-2016, 23:39
27-07-2016, 17:40
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?