GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsildə Tender Məfiyası: Dövlət Büdcəsinin Şəxsi Maraqlara Xərclənməsi Və Doymaq Bilməyən Qruplaşma

Təhsildə Tender Məfiyası: Dövlət Büdcəsinin Şəxsi Maraqlara Xərclənməsi Və Doymaq Bilməyən Qruplaşma

Tarix: 8-09-2026, 10:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 173


GundemXeber.org olaraq jurnalist Samir Feyruzovun araşdırma yazısını oxucularımıza təqdim edirik:

"Bu günə qədər dərc etdiyimiz araşdırmalarda Elm və Təhsil Nazirliyində formalaşan qruplaşmanın dövlət satınalmaları üzərindən on milyonlarla manat dövlət vəsaitini talamasına dair ciddi fakt və sübutlarla çıxış etmişik. Təkzibolunmaz faktlar göstərir ki, nazirin dostları və sinif yoldaşlarından ibarət qruplaşmanın əsas üzvləri — Tural Ayvazlı, Valeh Mirzalıyev, Elnur Əliyev və başqaları bütün maliyyə dövriyyəsinə nəzarəti ələ keçirərək dövlət büdcəsini şəxsi maraqlarına xərcləməklə məşğuldurlar.

Korrupsiya şübhəsi doğuran çoxmilyonluq tender

Bu dəfə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC (VÖEN: 1402405651) arasında 23 may 2024-cü ildə bağlanan 038-B/24 nömrəli satınalma müqaviləsindən bəhs edəcəyik.

Nazirliklə müqavilə bağlayan şirkətin təsisçisi həmin Nazirlikdə idarə rəisidir

“Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC 30 avqust 2012-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarına görə, şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4, mənzil 105 göstərilir. Şirkətin qanuni təmsilçisi Emin Əlövsət oğlu Axundovdur. Reyestr dəyişiklikləri tarixçəsinə əsasən, MMC-nin təsisçisi Vüsal Tərlan oğlu Xanlarovdur.

Bəs Vüsal Xanlarov kimdir? Elm və Təhsil Nazirliyində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi…

Yəni Nazirlik milyonlarla manatlıq müqavilə bağlayır, qarşı tərəfdə dayanan şirkətin təsisçisi isə həmin Nazirliyin idarə rəisidir. Başqa sözlə, dövlət vəsaiti hesabına satınalma aparan qurumun əməkdaşı eyni zamanda bu satınalmadan gəlir əldə edən şirkətin sahibidir. Bu fakt tenderin şəffaflığını doğrudan da böyük sual altına qoyur.

038-B/24 nömrəli müqavilənin predmeti STEAM əsaslı tədrisin təşkili xidmətlərinin satın alınmasıdır. Satınalan təşkilatı nazir Emin Əmrullayevin dostu və sinif yoldaşı Valeh Taleh oğlu Mirzalıyev, təchizatçı şirkəti isə onun qanuni təmsilçisi Emin Əlövsət oğlu Axundov təmsil edib. Satınalan təşkilatın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Seyid Yəhya Bakuvi küçəsi 18, təchizatçı şirkətin ünvanı isə Nəsimi rayonu, Hüseynbala Əliyev, ev 4, mənzil 105 kimi göstərilib. Müqavilənin ümumi dəyəri milyonlarla manat təşkil edib.

300 min manat “Training Plus” MMC-nin hesabına köçürülüb və sonradan nağdlaşdırılıb?

Araşdırma daha bir diqqətçəkən müqaviləni ortaya çıxarıb. “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə “Training Plus” MMC (VÖEN: 1308571521) arasında 25 oktyabr 2024-cü ildə 038-24140 nömrəli xidmət müqaviləsi bağlanıb.

Sifarişçi qismində Emin Axundovun rəhbərlik etdiyi MMC, icraçı qismində isə Elnarə Rəşadət qızı Qasımlının rəhbərlik etdiyi “Training Plus” MMC göstərilib. Nizamnamə kapitalı cəmi 10 manat olan bu şirkət Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 27D, mənzil 192 ünvanında qeydiyyatdadır.

Müqavilənin predmeti STEAM təhsili üzrə “Rəqəmsal bacarıqlar” və “Səriştə əsaslı suallarla işləmə yollarının öyrədilməsi” mövzusunda təlimlərin təşkilidir. Bu xidmət üçün dövlət vəsaitindən 300 min manat ayrılıb. Redaksiyamıza daxil olan məlumata görə, müqavilə üzrə nəzərdə tutulan 300 min manat “Training Plus” MMC-nin hesabına köçürülüb və həmin vəsait sonradan nağdlaşdırılıb.

Məsələnin bütün detalları, o cümlədən pulun sonrakı hərəkəti hüquq-mühafizə orqanları tərəfindən bank əməliyyatları və maliyyə sənədləri əsasında yoxlanılmalıdır. Korrupsiya şübhəsini gücləndirən əsas məqam ciddi internet resursu olmayan “Training Plus” MMC-yə bu məbləğin ödənilməsinin iqtisadi əsaslandırmasının qaranlıq qalmasıdır.

Sosial şəbəkələrdə və internet resurslarında müqavilə tarixlərinə uyğun olaraq bu təlimlərin keçirildiyini təsdiqləyən hər hansı məlumat tapmaq mümkün olmayıb.

Əgər dövlət vəsaitləri talanmayıbsa…

Nazir Emin Əmrullayevin komandasından 300 min manatlıq xidmətin faktiki göstərildiyini təsdiqləyən sənədləri — təhvil-təslim aktlarını, iştirakçı siyahılarını, davamiyyət cədvəllərini, təlim proqramlarını, foto-video materialları, təlimçi müqavilələrini, əməkhaqqı ödənişlərini və yekun hesabatları ictimaiyyətə açıqlamasını gözləyirik.

Əgər bu sənədlər açıqlanmayacaqsa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu faktları hüquqi baxımdan qiymətləndirməsi məqsədəuyğundur.

Cavablandırılması vacib olan suallar:

 038-B/24 nömrəli əsas müqavilə və satınalma şərtləri subpodratçı cəlb edilməsinə icazə verirmi?

 Satınalan təşkilat “Training Plus” MMC-nin prosesə cəlb edilməsindən xəbərdar olubmu və bununla bağlı yazılı razılıq verilibmi?

 “Training Plus” MMC-yə ödənilən 300 min manat əsas müqavilədə nəzərdə tutulan konkret hansı xidmətin icrasına görədir və bu dəyər ilkin qiymət təklifinə daxil edilibmi?

 “Training Plus” MMC-nin texniki imkanları və təlimçi heyəti bu həcmdə xidməti göstərməyə kifayət edirdimi?

Nağdlaşdırma nə vaxt pul yuyulması şübhəsi yaradır?

Şirkətin hesabından pul çıxarılması öz-özlüyündə cinayət sayılmır. Lakin xidmətin faktiki göstərilmədiyi, sənədlərin saxtalaşdırıldığı, qiymətin şişirdildiyi və vəsaitin sonradan vəzifəli şəxslərə qaytarıldığı müəyyən edilərsə, bu əməliyyatlar mənimsəmə, korrupsiya və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması şübhəsi yaradır.

Yenə də Elnur Əliyev və digər şirkətlər…

Elm və Təhsil Nazirliyində şəffaflığı şübhə doğuran layihələr bununla bitmir. Reyestr məlumatlarına görə, Elnur Qəzənfər oğlu Əliyevin təsisçisi olduğu “Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC (VÖEN: 1802977201) 21 aprel 2016-cı ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Mehtiyev Nəcməddin Saday oğlu olan şirkətə 2016-2024-cü illərdə vergi hesabatlarının vaxtında təqdim edilməməsinə görə dəfələrlə maliyyə sanksiyası tətbiq olunub.

Araşdırdığımız digər şirkətlər sırasında “Edupark” MMC (VÖEN: 2004997201) və “Innovative Business Products” MMC (VÖEN: 1002491601) də var. Bu qurumların Nazirliklə xidmət münasibətləri ayrıca araşdırma mövzusudur. Eyni zamanda, Təhsil İnstitutunun tabeliyində olan Təhsil Texnologiyaları Mərkəzinin (VÖEN: 2000489501) rəhbəri Emin İbrahimovun fəaliyyəti, STEAM, icma əsaslı məktəbəqədər təhsil və peşə təmayüllü siniflər layihələri çərçivəsində dövlət vəsaitlərinin xərclənmə mexanizmi növbəti yazılarımızda konkrekt faktlarla təqdim olunacaq." Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyinin nəzdində yeni idarə yaradıldı

    Təhsil Nazirliyinin nəzdində yeni idarə yaradıldı ...

    3-02-2014, 17:28

  • 
  • Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib - Yüksək vəzifə verdiyi dostların siyahısı - FOTO

    Emin Əmrullayev təhsili dostlarının əli ilə ...

    26-08-2026, 08:26

  • 
  • Təhsil Nazirliyinin “sevimli” şirkəti - İcazə verin, şübhələnək...

    Təhsil Nazirliyinin “sevimli” şirkəti - İcazə ...

    8-09-2020, 12:12

  • 
  • Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

    Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili ...

    10-10-2025, 22:45

  • 
  • “Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var - İLGİNC FAKT

    “Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona ...

    12-11-2022, 16:43


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (381)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu