Gundemxeber.az » GündəmXəbər » AQTA-nın menyusuna: Palma idxalını artıran, fəqət palma yağı satılmayan ölkəmizdə bu yağlar nəyə sərf olunur?
Ölkəmizdə palma yağlarının idxalı sürətlə artmaqdadır. Gundemxeber.org qeyd edir ki, bugünlərdə musavat.com saytında bununla bağlı yer alan məqalə bunu bir dha təsdiq edir. (https://www.musavat.com/news/olkeye-palma-yagi-getirilmesinde-rekord-daha-hami-yeyir_1284491.html )
Məqalədən məlum olur ki, Azərbaycan palma yağlarının idxalını əhəmiyyətli dərəcədə artırıb. Baxmayaraq ki, ölkə marketlərində sırf palma yağı tapmaq mümkün deyil.
Maraqlıdır, bəs idxal olunan bu yağlar hara gedir? AQTA bu tağların aqibəti ilə maraqlanıbmı? Maraqlanıbsa, bunun nəticələri haqqında ictimaiyyətə hansı məlumatları verib?
Bu və bu kimi məsələlərə toxunmamışdan öncə palma yağı və onun insan sağlamlığına olan mümkün təsirlərinə diqqət çəkək.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli mətbuata açıqlamasında palma yağı ilə bağlı aşağıdak fikirləri səsləndirib:
“Palma yağının əslində qida məhsulu kimi istifadəsinin arzuolunan olmamasının səbəbi var. Belə ki, palma yağının iki forması var. Biri palmanın lətindən hazırlanan yağdır. Bu, ərzaq məhsulu kimi çox dəyərlidir. Özü də dünya bazarında baha qiymətə satılır. Amma Meksika, İndoneziya və digər bu kimi ölkələrdə kütləvi şəkildə istifadə edilən palma yağı palmanın çəyirdəyindən hazırlanır. Palmanın çəyirdəyindən hazırlanan yağın molekullarının insan həzm sistemində sorulması mümkün olmur. Davamlı şəkildə qəbul edəndə isə artıq orqanizmdə yağ artıqları yaranır. Başqa yağ olmadığına görə bağırsaqdakı süzgəclər, filtrlər aralanıb qalxır və palma yağı qana keçir.
Çünki onun həm də ərimə temperaturu orqanizmin daxili temperaturundan yüksəkdir. Yəni orqanizmin daxili temperaturu 30 dərəcəyə yaxındırsa, palma yağı 43-45 dərəcədə əriyir. Yəni çətin əriyir, molekulları böyük olduğuna görə həzm sistemi onu qəbul edə bilmir. Nəticədə orqanizmin müxtəlif hissələrində o yağlar depolanır, beləliklə, insanlar kökəlməyə başlayır. Bu kökəlmək də mühüm xəstəliklərin səbəbi olur. Yəni alimlərin əldə etdikləri şübhə olunan zərərlər budur".
Ekspert bildirir ki, palma çəyirdəyindən hazırlanan yağ dünya bazarında ucuzluğu ilə seçilir: “Palmanın çəyirdəyindən hazırlanan yağ dünya bazarında 1-2 dollar arasındadır. Bu səbəbdən də Azərbaycan sahibkarları həmin yağı ölkəyə idxal edirlər və bütün ərzaq məhsullarının, marketlərdə satılan bütün ağartı məhsullarının tərkibində həmin yağdan istifadə edilir. Məsələn, dondurmaların hazırlanmasında”.
Palma yağı və onun zərərləri ilə bağlı məlum informasiya Azərbaycanın idxal etdiyi bu yağların sonrakı aqibəti ilə araşdırmaların aparılmasını zəruri edir.
İdxal olunan palma yağları hansı məhsulların hazırlanmasına sərf olunur? Niyə bu yağların sonrakı aqibəti haqqında heç bir məlumata rast gəlmək olmur? Bəs AQTA palma yağlarının sonrakı aqibəti – ondan hansı məhsulların hazırlanması, hazırlanan bu məhsulların insanların sağlamlığına, xalqımızın genefonduna necə təsir göstərməsi ilə bağlı hansı araşdırmalar aparıb? Aparıbsa, bu araşdırmaların nəticəsi hanı? Aparmayıbsa, niyə aparmayıb? Axı bu qurum bilavasitə qida təhlükəsizliyinə cavabdeh olan qurumdur və o, belə bir araşdırma aparmağa borcludur.
Ümid edirik ki, AQTA heç deyilsə bundan sonra bu məsələni diqqət mərkəzində saxlayacaq və bu istiqmaətdə hansısa addımlar atmaqla öz vəzifə borcunu yerinə yetirmək zəhmətinə qatlaşacaq.
Lalə Əliyeva
Gundemxeber.org
7-10-2015, 12:48
7-02-2021, 13:04
23-04-2025, 10:42
19-12-2018, 13:17
8-02-2022, 17:53
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?